Accessibility links

Əmir Makuyi: İran hökuməti etnik icmalar arasında konflikt yaratmağa çalışır


Əmir Makuyi keçən ilin noyabr ayında qatıldığı Birləşmiş Millətlər Təşkilatının azlıqlar forumundakı çıxışında İranda dini və etnik qruplar arasında böyük konfliktlərə yol aça biləcək potensial problemlərdən danışıb.

Əmir Makuyi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:41 0:00

İnsan haqları araşdırmaçısı Amerikanın Səsi ilə söhbətdə forumda önə çəkdiyi mövzunu ətraflı şəkildə incələyib. Onun sözlərinə görə, İslam Respublikasının hökuməti etnik və dini qruplar arasındakı gərginlikləri alovlandırmağa çalışır.

Etnik qruplar arasındakı qütbləşmə və parçalamanı müxalifət qüvvələri arasında da görürəm.

“Mən qısa çıxışımda etnik qruplar arasında münaqişə yaratma probleminə diqqət çəkdim. Elə problem ki, gizli saxlanılır və hətta tabu olub. Bu problemlər, azlıq qrupların birbiri ilə münasibətləri, həmçinin onların hakim qrupla münasibətlərinə görə, böyük konfliktlərə yol verəcək potensialdadır,” Əmir Makuyi söyləyir.

Hüquq müdafiəçisi bu növ münaqişələrin kütləvi mühacirətlərə də səbəb ola biləcəyini önə çəkir: “Biz bunu Balkanlarda gördük və gələcəkdə İran da o vəziyyətə düşə bilər.”

O, haqqında danışdığı problemlərin bir qisminin mənşəyinə diqqət çəkir:

“Keçmiş dönəmlərdə İranda etnik qrupları məcburi köçlərə məruz qoyublar. Yəni, onları dağıdıblar. İranın müxtəlif bölgələrində insani coğrafiyanı dəyişdiriblər. Bu da bəzi hallarda etnik qrupların mənfəətlərinin toqquşmasına səbəb olub. Belə ki, müxtəlif etnik qruplar vahid bir bölgə üzərində mülkiyyət iddiası irəli sürə bilirlər. Bir çox xəritələr çıxır. Bu xəritələr faktlara görə deyil, aşırı milliyyətçi idealizmə görə çəkilir.”

Əmir Makuyi
Əmir Makuyi

Əmir Makuyinin dediklərinə görə, İran hakimiyyəti bu gərginlikləri fürsət olaraq görüb onları alovlandırmağa çalışır. Onun fikrincə, İslam Respublikası bunu daha geniş bir siyasətin bir parçası kimi həyata keçirir.

“Hakimiyyətin bir bütün siyasəti var: Deyir ki, mən etnik qrupların arasına ixtilaf salsam, bunların mənə qarşı savaşmağa gücləri olmayacaq... Bunu mən başqa şəkillərdə də görürəm. Yəni etnik qruplar arasındakı qütbləşmə və parçalamanı müxalifət qüvvələri arasında da görürəm. Bunlar həqiqətən birləşsəydi, demokratik çərçivədə bir-birlərinə sayğı göstərsəydilər, böyük güc olardılar,” insan haqları fəalı ifadə edir.

Bu gərginliklər böyük konfliktlərə yol verəcək potensialdadır. Biz bunu Balkanlarda gördük və gələcəkdə İran da o vəziyyətə düşə bilər.

İran müxalifəti özü hakimiyyətin “bölmə və parçalama” siyasətinə məruz qalsa da, Əmir Makuyinin söylədiklərinə görə, İslam Respublikasının etnik icmalara qarşı yürütdüyü eyni siyasəti dəstəkləyir:

“Bu onlarda bir fobiya olub. Düşünürlər ki, etnik qrupların haqları verilsə, İran parçalanacaq. Bu fobiya üzündən səssiz qalırlar. Yəni, İran hakimiyyəti türkləri tutdu, bəluçları, kürdləri, türkmənləri, ərəbləri tutdu, həbsxanalarda işgəncə etdi, haqlarını vermədi, dil hüquqlarını vermədi, müxalifət də deyir ki, burax etsin!”

XS
SM
MD
LG