Accessibility links

Əmir Səttari Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb


Əmir Səttari
Əmir Səttari

İranda 2018 yanvar etirazları zamanı Təbrizdə həbs edilən türk fəal Əmir Səttari aprelin 4-də də mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Güneyli fəal Əmir Səttari İranın 2018 ili yanvar etirazları zamanı Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, 25 gün təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 100 milyon tümən zəmanət qarşılığında məhkəmə proseduru təkmilləşənə qədər sərbəst buraxılmışdı. Daha sonra 2018 ili iyunun 6-da Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “cinayət törədərək ölkə təhlükəsizliyini pozmağa cəhd etmək” ittihamından suçlanaraq, 7 ay həbs cəzasına məhkum edilmişdi.

İlkin məhkəmənin verdiyi 7 ay həbs hökmünü Təbriz apellyasiya məhkəməsinin 3-cü şöbəsi təsdiqləmiç və güneyli fəal iyulun 10-da Təbriz həbsxanasına köçürülmeşdü. O, həbsdə ikən Təbriz İnqilab Məhkəməsi tərəfindən İranın ali dini lideri Ayəttullah Əli Xamaneyiyə təhqir ittihamı ilə suçlanaraq, 6 ay həbsə məhkum edilmişdi.

Təbriz inqilab məhkəməsinin 11-ci icra şöbəsi 2018-ci il noyabrın 20-də milli fəalla xəbərdarlıq vermədən iki hökmü birləşdirərək, məhkəmə dosyesini Təbriz apellyasiya məhkəməsinin 3-cü şöbəsinə göndərib və həmin məhkəmə milli fəallın çəkdiyi 7 ay həbs cəzasını 5 ilə yüksəldib.

O, keçən ilin iyun ayında həbsdə ikən məhkəmə tərəfindən dosyesinin işləri ertələndiyi üçün aclıq aksiyasına başlayıb. Səttari həbsxanada aclıq aksiyası keçirirkən dövülərək, təkadamlıq kameraya köçürülüb.

Cənab Səttari qərara etiraz olaraq İran məhkəmə sisteminin və Təbriz Mərkəzi Həbsxanasının rəhbərlərinə dəfələrlə məktub yazmasına baxmayaraq, siyasi məhbusun tələbləri yerinə yetirilməyib.

İranda məhbusların müvəqqəti azadlığa buraxılmaları ölkədə və həbsxanalarda koronavirusun yayılmasından dolayı, məhkəmə sisteminin rəhbərinin verdiyi sərəncama görə həbsxanalarda yoluxma təhlükəsini azaltmaq cəhdləri çərçivəsində həyata keçirilir. Ancaq bir çox fəal, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Kazım Səfabəxş və Tovhid Əmir-Əminiyə məzuniyyət haqqı hələ verilməyib.

XS
SM
MD
LG