Dünya İqtisadiyyat Forumunun illik rəqabət hesabatında ABŞ iqtisadiyyatı ön sırada yer alır.
Forumun hesabatında deyilir ki, ABŞ qabaqcıl rəqabətçiliyə ən yaxın ölkədir. Sıralama göstəriciləri sıfırdan yüzədək ölçülür.
Amerika 100-dən 85.6 xalla Sinqapur, Almaniya, İsveçrə və Yaponiyanı üstələyir.
Dünya İqtisadiyyat Forumu hər il yanvar ayında Davos görüşlərinin təşkilatçısıdır. Bu görüşlər ölkələrin produktivliyin inkişaf etdirən təsistalar və siyasətləri də daxil edilməklə, 140 iqtisadiyyatın onlarla rəqabət göstəricilərinə həsr edilir.
Bu il forum metodologiyasını dəyişərək, rəqabətə daha yaxşı hazırlığa şərait yaradıb. Bunlara ölkələrin generasiya ideyaları, sahibkarlıq mədəniyyəti və mövcud bazarlarda maneələr yaradan biznes göstəriciləri daxildir.
Son dəfə ABŞ bu siyahıda 2008-ci ildə öndə yer almışdı.
Dünya İqtisadiyyat Forumu bildirirb ki, Tramp administrasiyasının yeni ticarət siyasətinin göstəricilərə nə kimi təsir göstərdiyini söyləmək hələ tezdir.
Qurum ABŞ-ın Çin və digər ticarət tərəfdaşları ilə gərginliklərinin gələcək rəqabətə mənfi təsir göstərə biləcəyini proqnozlaşdırır.