İran Azərbaycanının Ərdəbil vilayətində 500 kəndin əhalisi mobil telefonu xidmətindən məhrumdur.
'Tasnim' xəbər agentliyinin məlumatına əsasən, Ərdəbil vilayətinin Kommunikasiya Texnologiyaları idarəsinin baş direktoru Behruz Rəzmibhəmin vilayətin Germi və Xalxal rayonlarının kəndlərinin mobil telefon operatorlarının xidmətindən daha çox məhrum qaldıqlarını bildirib.
Bütün İran boyu kəndlərin yalnız 34 faizində simli və simsiz telefon/internet xidmətləri mövcuddur.
O, həmçinin provayder şirkətlərin Germi və Xalxal kimi dağlıq bölgələrə daha az xidmət göstərdiyini bildirib.
Ərdəbil vilayətində kənd əhalisinin ilkin ehtiyacları təmin olmadığı və iqtisadi şərait ağır olduğu üçün çoxu şəhərlərə köçmək məcburiyyətində qalır. Ərdəbil vilayətinin Kənd İşləri Baş direktoru Mirəli Rəhimizad ötən ay vilayətin 150-dən çox kəndinin boş qaldığını söyləmişdi.
Ötən il İranın İnformasiya və Rabitə Texnologiyaları naziri deyib ki, ölkədə 55,477 kəndin yalnız 34 faizi eyni zamanda simli və simsiz telefon və internet xidmətindən faydalana bilir.
İnfrastruktur layihələrinin həyata keçirilməməsi nəticəsində içməli və əkinçilik sularının şorlanması kənd əhalisinin şəhərlərə köçməsinə səbəb olur.