Accessibility links

Ərdəbil vilayətində kəndlərin 10 faizi boşalıb


Ərdəbil vilayətinin Kənd İşləri Baş direktoru, Ərdəbil vilayətində olan 150-dən çox kəndin boş olduğunu söyləyib.

Fars xəbər agentliyinin məlumatına əsasən, Mirəli Rəhimizad Ərdəbil vilayətinin kəndlərinin 10%-nin boşaldığını bildirib.

Ərdəbil vilayətinin 1800 kəndindən 150-dən çoxu əhali kəndləri tərk etdiyinə görə boşalıb. Kəndlərin ilkin ehtiyacları təmin olunmadığı və iqtisadi şərait ağır olduğu üçün əhali şəhərlərə köçmək məcburiyyətində qalır.

"Kənd əhalisinin şəhərlərə köçməsinin qarşısını almaq üçün onların iş və iqtisadi vəziyyətini yaxşılaşdırmaq, onların tələblərini təmin etməyə çalışmalıyıq" - deyə, Rəhimizad bildirib.

"Praktiki olaraq davamlı iş yaratmaq üçün dəstək verilməli, çatışmazlıqlar nəzərə alınmaqla vilayət və bölgənin inkişafı nəzərə alınmalıdır", o izah edib.

"Görünür ki, bəzi kəndlərdə regionda davamlı fəaliyyət və iş üçün yaxşı potensial mövcuddur, lakin mövcud potensialdan istehsalda faydalanmama nəticəsində kənd əhalisi şəhərlərə köçmək məcburiyyətində qalır", Rəhimizad bildiri.

Ötən ilin iyununda Ərdəbil vilayətinin İdarəetmə və Planlaşdırma idarəsinin Statistika və İnformasiya şöbəsinin müavini Fəribürz Dehqan vilayət əhalisinin 48%-nin İranın paytaxtı Tehrana köçdüyünü bildirmişdi. Dehqan Ərdəbil əhalisinin 44 min nəfərinin digər vilayətlərə köçdüyünü söyləmişdi.

XS
SM
MD
LG