Accessibility links

Ərdəbil vilayətində son 3 ayda yol qəzalarında 59 nəfər həyatını itirib


İranın xəbər agentliklərinin verdiyi məlumata əsasən, son üç ay ərzində Ərdəbil vilayətinin yollarında baş verən qəzalarda 59 nəfər həyatını itirib.

İran Yol Xidməti və Nəqliyyat Təşkilatının baş direktoru statistikaya görə ötən illə müqayisədə ölüm hallarının 24 faiz artdığının müşahidə olunduğunu bildirib. Əli Rəhmətinin verdiyi məlumata əsasən, 2010-cu ildə Ərdəbil vilayətində yol qəzalarında həyatını itirən vətəndaşların sayı 240 nəfər olub.

O, son üç ay ərzində 42 nəfərin vilayətin şimal bölgələrinin yollarında baş verən qəzalarda öldüyünü bildirib.

Statistikaya görə, qəzaların ən çox baş verdiyi yol Prasabad-Meşkinşəhr-Ərdəbil yoludur.


Ərdəbil vilayətinin yol polisi rəisi daha əvvəl Fars xəbər agentiyinə "vilayətdə yolların çoxu 50 il əvvələ aiddir və şimaldan mərkəzə gedən yol 7 metrlik təhlükəli bir yol ilə bağlanır" deyib. "Bu o deməkdir ki sürücünün ilk səhvi son səhvi ola bilər", o əlavə edib.

Bir neçə gün əvvəl isə polkovnik Məhəmməd Təriqi İRNA xəbər agentliyinə son beş ildə Ərdəbil vilayətinin yollarında baş verən qəzalarda 748 nəfərin öldüyünü demişdi.

Ötən aylarda Ərdəbil vilayətinin Ərdəbil-Muğan şosse yolunda "Ölüm Caddəsi! Ehtiyatla sürün!" nişanı quraşdırılıb.

Statistikaya görə, qəzaların ən çox baş verdiyi yol Prasabad-Meşkinşəhr-Ərdəbil yoludur. Ekspertlərin bildirdiyinə görə, bu yolların ensiz olması, yolçuların istirahət etməsi üçün yollarda heç bir məkanın olmaması və bu kimi başqa problemlər qəzaların əsas səbəblərindəndir.

Vilayət əhalisi yolların standardlaşdırılmasını tələb etsələr də, hələ bununla bağlı ölkə məsulları tərəfindən heç bir konkret addım atılmayıb.

XS
SM
MD
LG