Accessibility links

Ərdəbildə daha bir məhkum edam edilib


Hüquq müdafiəçiləri Ərdəbildə daha bir məhkumun dar ağacından asıldığına dair məlumat yayıblar. Keçən iki həftə ərzində Ərdəbil vilayətində azı üç edam hökmü icra edilib.

İran İnsan Haqları Təşkilatının (İran HR) məlumatına görə, Əli İmaninin ölüm cəzası bazar günü Ərdəbil şəhərinin mərkəzi həbsxanasında icra edilib. 38 yaşında olan məhbus daha əvvəl qətl ittihamı ilə mühakimə edilmiş və “qisas” cəzası almışdı.

Ərdəbil vilayətində təqribən iki həftə öncə də iki məhbus dar ağacından asılıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, iki həftə öncə Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərinin həbsxanasında asılan gənc məhbus 18 yaşından əvvəl ölüm cəzasına məhkum edilmişdi. İran HR Xiyavda edam edilən gəncin adının Məhəmməd Tazəkar olduğunu yazıb.

Qətl ittihamı ilə mühakimə edilmiş Məhəmməd Xudayinin “qisas” cəzası isə dekabr ayının 15-də Ərdəbil şəhərinin mərkəzi həbsxnasında icra edilib.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman oktyabr ayında BMT-nin Baş Assambleyasında illik hesabatını təqdim edərkən İranda edam cəzasından siyasi alət kimi istifadə edildiyini önə çəkib.

XS
SM
MD
LG