Accessibility links

Ərdəbildə Qarabağa dəstək mitinqində həbs edilən iki fəalın məhkəmə zamanı bəlli olub


Meysən Colani və Əli Xeyrcu

Dekabrın 8-də Ərdəbildə Qarabağa dəstək mitinqində həbs edilən Əli Xeyrcu və Meysən Colaninin məhkəmə iclası keçiriləcək.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan iki milli fəal Əli Xeyrcu və Meysəm Colaninin ittihamları üzrə məhkəmə iclası dekabrın 8-də Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçiriləcək.

Məhkəmə tərəfindən Əli Xeyrcu və Meysəm Colaniyə göndərilən bildirişdə onlara qarşı "İran İslam Respublikasına qarşı təbliğat aparmaq," "rejim əleyhinə qruplara və kiberməkandakı kanallara üzv olmaq," "təhlükəsizliyə qarşı təşkilatlarla əlbir olmaq" ittihamları irəli sürülüb.

Bu iki milli fəalın dosyelerinin birinci qisminin məhkəmə iclası dekabrın 1-də, Ərdəbil İkinci Cinayət Məhkəməsinin 110-cu şöbəsində keçirilib.

Xeyrcu ilə Colani sentyabrın 29-da digər ərdəbilli vətəndaşlarla birlikdə Ərdəbil şəhərinin Ciral parkında Qarabağa dəstək mitinqində həbs edilib, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Ciral parkında həbs edilən vətəndaşlar Ərdəbil Ümumi və İnqilab prokurorluğunun 10-cü şöbəsinin sədri olan hakim Babək Nonəhal tərəfindən ittiham olunmuşdular.

Onlayn məkanlarda yayımlanan videolara görə, İran hökümətinin təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün milli fəalın evinin divarından aşaraq evinə basqın edib və milli fəalı və onun ailə üzvlərini döyüb və təhqir ediblər.

Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə yoldaşının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etdiyində, hakim Nonəhal tərəfindən təhqir olunub və həbs edilib. O, bir gün nəzarət altında qaldıqdan sonra azadlığa buraxılıb.

Sentyabrın 29-da İran Azərbaycanının Ərdəbil şəhərinin Ciral parkında Qarabağda hərbi münaqişə zamanı Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən dinc mitinq ilə əlaqədar bir çox sayda milli fəal və adi vətəndaş həbs edilib, ağır işgəncələr görüb və ağır girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın devrilmiş Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG