Accessibility links

Ərdəbildə Qarabağa dəstək mitinqində həbs edilənlər məhkəməyə çağırılıb


İran Azərbaycanının Ərdəbil şəhərində Qarabağa dəstək mitinqləri ilə əlaqədar həbs edilən Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb.

Ərdəbil sakini olan iki azərbaycanlı fəal Əli Xeyrcu və Meysəm Colanidən dekabrın 1-də Ərdəbil Cinayət Məhkəməsinin 110-cu şöbəsinə müraciət etmələri istənilib.

Onların ilk məhkəmə iclasının dekabrın 1-də Ərdəbil İkinci Cinayət Məhkəməsinin 110-cu şöbəsində keçiriləcəyi bildirilir.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında digər vətəndaşlarla birlikdə Qarabağa dəstək mitinqində həbs edilən bu iki fəal bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Məhkəmə tərəfindən Əli Xeyrcu və Meysəm Colaniyə göndərilən bildirişdə onlara qarşı "qarışıqlığa cəhd göstərərək ictimai asayişi pozmaq" ittihamı irəli sürülüb.

Milli fəallara qarşı irəli sürülən fərqli ittihamlardan dolayı onların mühakimələri iki fərqli məhkəmədə keçiriləcək. Fəalların digər ittihamlardan mühakiməs prosesi isə Ərdəbil İnqilab Məhkəməsində keçiriləcək.

Əli Xeyrcu ilə Meysəm Colani sentyabrın 29-da digər Ərdəbilli vətəndaşlarla yanaşı bu şəhərinin Ciral parkında dinc bir şəkildə Qarabağa dəstək mitinqi keçirərkən həbs edilərək müxtəlif ittihamlarla üzləşiblər. Ərdəbil Ümumi və İnqilab prokurorluğunun 10-cü şöbəsinin sədri olan hakim Babək Nonəhal fəallara fərqli ittihamlar irəli sürüb.

İran Azərbaycanında Qarabağa dəstək mitinqləri zamanı sosial şəbəkələrdə yayımlanan bir videoda polis və təhlükəsizlik qüvvələrinin Əli Xeyrcunun evinə basqın etdiyi iddiası irəli sürülmüşdü. Həmin videoda göstərildiyi kimi, İran hökumətinin təhlükəsizlik qüvvələrinin Əli Xeyrcunu həbs etmək üçün milli fəalın evinin divarından aşaraq onun evinə basqın etməsi, onu və ailə üzvlərini döyərək təhqir etməsi sosial şəbəkə istifadəçilərin təpkisinə səbəb olmuşdu.

Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə yoldaşının vəziyyətini öyrənmək üçün Ərdəbil prokurorluğunun 10-cu şöbəsinə müraciət etdiyində, hakim Nonəhal tərəfindən təhqir olunub və həbs edilib. O, bir gün nəzarətdə saxlanılaraq buraxılıb.

Sentyabrın 29-da İran Azərbaycanının Ərdəbil şəhərinin Ciral parkında ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən dinc mitinq ilə əlaqədar bir çox sayda milli fəal və adi vətəndaş həbs edilib, ağır işgəncələr görüb və yüksək zamin qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG