Accessibility links

Ərdəbildə siyasi məhbuslara azadlıq tələb edilib


İran Azərbaycanının Ərdəbil şəhərində milli fəallar və insan hüquqları müdafiəçiləri azərbaycanlı siyasi məhbuslar üçün divarlarda qrafiti çəkərək onların dərhal sərbəst buraxılmasını tələb edib.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yayımladığı məlumata görə, Ərdəbil şəhərində tanınmış türk siyasi məhbus Abbas Lisani üçün divarlarda şüarlar yazılıb.

Ərdəbildə şüarlar
Ərdəbildə şüarlar

İranda seçkilərin yaxınlaşması ilə milli fəallar tərəfindən "Biz siyasi məhbusların azadlıq haqqına səs veririk", "Abbas Lisaniyə səs veririk" və "Azərbaycan xalqının seçilmiş nümayəndəsi həbsdədir" kimi şüarlar yazılıb.

Mayın 25-də Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsindən sonra, o xəstəxanaya yerləşdirilib. Azərbaycanlı siyasi məhbus həmin gün müayinə edildikdən sonra yenidən həbsxanaya köçürülüb.

Ərdəbil həbsxanasında saxlanılan digər siyasi məhbus Mehrdad Şeyxi üçün Ərdəbilin müxtəlif məhəllələrində divarlarda siyasi məhbusun şəkli ilə birlikgə “Siyasi məhbusların səsi olaq” şüarı qrafitisi yazılıb.

Ərdəbildə şüarlar
Ərdəbildə şüarlar

Bundan öncə isə ərdəbilli fəallar Behnam və Mehrdad Şeyxi qardaşlarının çap olmuş haştaqlı adlarını şəhərin mərkəzində yerləşən parklarda yapışdırıblar. Türk dili haqları müdafiəçisi Behnam Şeyxi Tehranın Evin həbsxanasında saxlanılır.

XS
SM
MD
LG