Accessibility links

Ərdəbilli milli fəal kəşfiyyat idarəsində dindirilib


Məqsud Əlizadeqan
Məqsud Əlizadeqan

İran Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəal Məqsud Əlizadeqan kəşfiyyat idarəsində sorğu-sual olunaraq hədələnib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Məqsud Əlizadeqan oktyabrın 28-də İranın Ərdəbil Şəhərindəki Kəşfiyyat idarəsinə çağırılıb və sorğu-sual edilib.

Amerikanın Səsinin insan hüquqları müdafiəçilərindən əldə etdiyi məlumata görə, Ərdəbil sakini olan Məqsud Əlizadeqan Kəşfiyyat idarəsinin dəfələrlə etdiyi zənglərdən sonra bu idarəyə müraciət edib və 3 saat müddətində dindirilib.

Milli fəal müstəntiq tərəfindən təhdid və psixoloji təzyiqlərlə qarşılaşıb.

Dindirilmə zamanı fəala deyilib ki; "əgər fəaliyyətinizdən əl çəkməsəniz sizin də aqibətiniz İranda həbsdə olan digər azərbaycanlı fəalların taleyi ilə eyni olacaq."

İranın Kəşfiyyat idarəsi bəzən mədəni fəaliyyətləri dayandırmaq üçün telefon vasitəsilə sivil fəalları çağırıb, onlara hədə-qorxu gəlir və qeyri-insani rəftar edərək, onlardan fəaliyyətlərini dayandırılmalarını istəyir.

XS
SM
MD
LG