Accessibility links

Ərdəbilli yeniyetmə səsi ilə tamaşaçıları və münsiflər heyətini heyran qoydu


Parsa Xaefi
Parsa Xaefi

Ərdəbilli yeniyetmə Parsa Xaefin İran televiziyasının müsabiqəsində "Sarı Gəlin" xalq mahnısını farsca və türkcə ifa etdikdən sonra izləyicilərin 4.5 milyon səsini qazanaraq bu yarışmada birinci olub. Mahnının Azərbaycan tükrcəsində ifası zamanı Şəhriyarın öz səsi ilə "Heydər Baba" şerindən bir parça səsləndirilib.

"Əsr-i Cədid" adlı televiziya şou yarışmasının final mərhələsinə yüksəlməyi bacaran Ərdəbilli yeniyetmənin ifası münsiflər heyəti tərəfindən təəccüblə qarşılanıb.

Xaefin bu verilişdə uğur qazanması bizə xatırladır ki, musiqi sənətinin xalq arasında nə qədər tərəfdarı var.

İran Azərbaycanlıları müxtəlif sosial şəbəkələrdə kampaniyaya başlayaraq,gənc ifaçı üçün xalqdan dəstək istəyib. Beləliklə Parsa səsvermənin hər mərhələsində ən çox səsi alıb və hazırda final mərhələsində qalib gəlmək üçün çox yaxşı bir şansa malikdir.

Araz News xəbər saytı 14 yaşlı Ərdəbilli sənətçi haqqında yazıb ki, Parsa "final mərhələsinə yüksəldikdən sonra Traktor Azərbaycan futbol komandasının azarkeşlərinə ona dəstək üçün təşəkkür edib".

İranın Sazandegi qazeti isə yazıb ki, "Xaefin bu verilişdə uğur qazanması bizə bir məqamı xatırladır ki, musiqi sənətinin xalq arasında nə qədər tərəfdarı var. Televiziya musiqi sənətinə yetərincə diqqət vetməməklə bir çox izləyicinin istəyinə laqeyd qalır".

Qazet həmçinin yazır ki, İranda bəzi xəbər saytları 4.5 milyondan çox səs yığmağı bacaran Xaefi "ölkə prezidentlik manizədi olan bir sıra siyasi şəxlərin topladıqları səs sayı ilə müqayisə edərək onlara lağ edib".

Parsa Xaefi 12 yaşında Ərdəbil vilayətinin musiqi festivalı yarışmasında da birinci olmuşdu.

XS
SM
MD
LG