Accessibility links

Ərdoğanın Rusiya ilə əlaqələri dərinləşdirməsi ABŞ-la gərginliyi artırır


Ərdoğanın Rusiya ilə əlaqələri dərinləşdirməsi ABŞ-la gərginliyi artırır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Ərdoğan Rusiyadan alınan hərbi avadanlıqların sayını artırmağa və bəlkə də sualtı qayıq və raket istehsalında əməkdaşlıq etməyə hazır olduğunu elan etdi.

Müdafiə təhlilçisi Arda Mevlütoğlu bildiriri ki, "(Türkiyənin) Qərblə keçmiş münasibətləri xeyli pisləşib. Bəlkə də son beş ildə Türkiyənin Qərb şirkətlərindən, (və ya) ölkələrdən vacib texnologiyyalar və hissələr əldə etməsi getdikcə çətinləşib".

Ankara Rusiyadan S-400 zenit-raket kompleksi aldıqdan sonra, ABŞ Türkiyəni F-35 qırıcı proqramından uzaqlaşdırdı və hərbi ehtiyat hissələrinin satışına məhdudiyyətlər qoydu. Vaşinqton deyir ki, bu satınalma NATO-nun müdafiə sistemlərini sarsıdır.

Türkiyənin qonşusu və rəqibi Yunanıstan hərbi hava qüvvələrini ən son Avropa və Amerika qırıcı təyyarələri ilə modernləşdirmək istəyərkən, Ankara Vaşinqtonun tətbiq etdiyi embarqonun onu Rusiyaya üz tutmağa məcbur etdiyini bildirir.

Ərdoğanın Putinlə son görüşdən sonra Türkiyənin Rusiyadan əlavə S-400 raketləri almasını təklif etməklə Vaşinqtonla gərginliyi daha da artırmağa hazır olduğunu göstərir. Vaşinqton bu addımın daha çox sanksiyalara səbəb olacağı barədə xəbərdarlıq edib.

Kadir Has Universitetindən Serhat Güvenç fikrincə “Bu məsələ Türkiyənin müstəqilliyini, Türkiyənin suverenliyini təsdiq edən ictimai qürur məsələsinə çevrildi. Türkiyə ABŞ-ın oyuncağı deyil və ya Türkiyə NATO-nun mərhəmətinə ehtiyac duymur kimi və s. "

Rusiya hərbi gəmisi Suriya rejiminə dəstək verən əməliyyatlardan sonra İstanbuldan keçərək geri dönür. Lakin yenə də Türkiyənin Suriya üsyançılarına dəstək verərməsi bir daha açıq şəkildə xatırladır ki, Moskva ilə Ankara arasında əhəmiyyətli fərqlər mövcuddur.

Tarixən rəqib olan Türkiyə və Rusiya Ukraynadan Qafqaza və Liviyaya qədər olan münaqişələrdə də bir-birinə əks cəbhələrdədir.

Lakin analitiklər Ərdoğanın Putin üçün önəmli olması səbəbindən onun hələ ki, Türkiyəni qəbul etməyə hazır olduğunu bildirir.

Duvar Xəbər Portalının köşə yazarı İlhan Üzgel isə bildiriri ki, “Ərdoğan Putinin Qərbə qarşı istifadə edə biləcəyi ən əlverişli oyunçudur. Putin Türkiyə ilə NATO və ABŞ arasında bir qədər boşluqlar yaratmaq istəyir ki, Ərdoğan da bu rolu çox yaxşı oynayır. "

Ərdoğanın Putinlə münasibətləri dərinləşdikcə Türkiyənin qərbdəki ənənəvi müttəfiqlərinə sadiqliyi ilə bağlı suallar, çox güman ki, artmağa davam edəcək.

XS
SM
MD
LG