İctimai dəstəyi zəiflədikcə və sabiq müttəfiqləri onu tərk etdikcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzərində nəzarəti gücləndirməyə çalışır.
Bu yaxınlarda Sivas şəhərində keçirilən nümayişdə Ərdoğan bir vaxtlar ən yaxın müttəfiqləri olmuş adamları “fitnəkar” adlandırıb.
Ərdoğanın partiyadan xaric etdiyi sabiq baş nazirin yeni partiya yaratmağı planlaşdırdığı deyilir.
“Əgər biz qardaşlığımızı güclü saxlasaq, fitnənin toxumları cücərə bilməz,” o deyib.
Ötən həftə sabiq baş nazir Ahmet Davutoğlu və Abdullah Başçı Ədalət və İnkişaf Partiyasınından (AKP) xaric olunublar. Dolaşan məlumatlara görə, Davutoğlu Ərdoğana rəqib partiya yaratmaq üzərində çalışır.
“AKP-də tənqidə dözüm qalmayıb,” Başçı deyir. “Biz saxtakarlıqlar haqda danışmaqda davam edəcəyik. Biz bu millət naminə səsimizi ucaldacağıq.”
Ədoğanın üzləşdiyi digər rəqib sabiq baş nazir müavini Ali Babacandır. Sabiq Prezident Abdullah Gülün dəstəklədiyi Babacanın da yaxın aylarda yeni partiya quracağı gözlənilir.
Ərdoğana qarşı tənqidlər son aylarda pisləşən iqtisadi durum fonunda ucalmaqdadır.
"Camaat Ərdoğanın qütbləşdirici siyasətindən bezib," İstanbulun Şehir Universitetinin sosiologiya professoru Mesut Yegen bildirir. "Türkiyədə insanlar dərk edir ki, cəmiyyət belə parçalanmış halda olmamalıdır."
"Eşitdiyimə görə AKP siyasiləri hazırkı durumdan razı deyillər və həmin adamlar Ali Babacanla təmas qurmaqdadırlar," deyə Marmara Universitetinin professoru və Babacanın hazırkı müşaviri Osman Can deyir. “Onlar ona yeganə ümid yeri kimi baxırlar.”
Camaat Ərdoğanın qütbləşdirici siyasətindən bezib.Mesut Yegen, İstanbulun Şehir Universiteti
Ərdoğan indiyədək partiya daxilində bir sıra kadr dəyişiklikəri həyata keçirib. Lakin analitiklər bu yönümdə prezidentin atdığı addımların əks-effekt verə biləcəyindən xəbərdarlıq edirlər.
“O, elə bilir ki, bütün pis şeylər ona görə baş verir ki, onun müavinləri, köməkçiləri ona qulaq asmırlar. Və partiyada etimadsızlıq geniş yayılıb,” Global Source Partners-dən təhlilçi Atilla Yeşilada müşahidə edir.
“Ancaq sonda o uduzacaq,” Yeilada deyir. “Ali Babacan və Davutoğlunun nəsə etməsinə ehtiyac yoxudr. Ərdoğanın öz səhvləri tərəfdarlarını həmin adamlara itələyəcək, və mən 2020-ci ildə erkən seçkiləri istisna etməzdim.”