Accessibility links

Ərdoğan: 1 milyon qaçqın tezliklə Suriyada yerləşdirilə bilər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı "çox tez müddətdə" 1 milyon suriyalı qaçqının öz vətənlərində köçürülməsinə çağırıb və dünya güclərini suriyalı uşaqların əvəzinə Suriyanın neft yataqlarını qorumaq üçün daha sürətlə hərəkət etməkdə günahlandırıb.

Dünyanın ən böyük qaçqın əhalisinə - 3,7 milyon suriyalıya ev sahibliyi edən Türkiyənin lideri 600 mindən çox suriyalının könüllü şəkildə Türkiyənin kürd militanlarından təmizlədiyi "sülh zonası"nda olan 371 min insana qoşulmalı olduğunu deyib.

"Qaçqınların öz doğma yurdlarında qalmalarını və Türkiyəyə gedənlərin dinc şəkildə geri qayıtmalarını təmin edəcək bir düstur tapmalıyıq" - deyə, Ərdoğan bildirib.

O, Cenevrədəki Qlobal Qaçqın Forumunda çıxışı zamanı Türkiyənin 9 il ərzində qaçqınlara ev sahibliyi etmək üçün 40 milyard dollar xərclədiyini deyib və Avropa İttifaqını ayrılmış 6 milyard dolları hələ də çatdırmadığına görə təndiq edib.

"Hələ də vəd edilmiş 3 milyard avronu alacağımızı gözləyirik" - deyə, o bildirib.

Ərdoğan Türkiyənin hərbi əməlyyatları nəticəsində İslam Dövləti qrupu ilə yanaşı, Suriya kürdlərinin YPG və kürd separatçılarının Türkiyədəki PKK təşkilatlarını da nəzəərdə tutaraq, "terror təşkilatları"ndan təmizlənən və 371 min qaçqının geri qayıtdığı ərazilərdə evlərin və məktəblərin də tikilə biləcəyini vurğulayıb.

"Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında danışdığım layihələri həyata keçirə bilsək, düşünürəm ki, köçürülənlərin sayı çox qısa bir müddətdə asanlıqla 1 milyona çata bilər" - deyə, əlavə edib.

Ərdoğan İslam Dövləti qrupunun geri çəkilməsindən sonra Suriyadakı neft yataqlarını qorumaq üçün sürətlə hərəkət edən ABŞ-ı üstüörtülü şəkildə tənqid edərək, "təəssüf ki, neft sahələrini qorumaq üçün edilən səylər Suriyadakı uşaqların təhlükəsizliyini təmin etmək üçün səfərbər edilmədi", deyə bildirib.

XS
SM
MD
LG