Accessibility links

Ərdoğan Türkiyənin Əfqanıstandakı rolu barədə israrlıdır


Türkiyə Taliban qüvvələrinin müqavimətinə baxmayaraq, ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılmasında sonra Kabil beynəlxalq hava limanında təhlükəsizliyi öz üzərinə götürmək planlarını davam etdirir.

Hazırda Ankara hava limanının təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla danışıqlar aparır.

Analitiklər bunun Əfqanıstanda sabitliyin və beynəlxalq mövcudluğun qorunması üçün açar rolu oynadığını bildirir.

Taliban isə öz növbəsində xarici qüvvələr çıxdıqdan sonra ordusu Əfqanıstanda qalacağı təqdirdə Türkiyəyə ağır nəticələr barədə xəbərdarlıq edir. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə çıxışı zamanı verdiyi şərhlərdə bu təhdidləri qulaqardına vuraraq danışıqların davam edəcəyini bildirib.

Ərdoğan istər Xarici İşlər Nazirliyi səviyyəsində, istərsə onun səviyyəsində Türkiyənin Talibanla hansı növ danışıqlar apara biləcəyini və bu danışıqların harada baş tutacağını müəyyənləşdirmək istəyir.

Ankara Əfqanıstanla tarixi əlaqələrini qorumaq və NATO üzvü kimi Taliban müxalifətinin gücün azaldılması yönündə kömək etmək istəyir.

Türkiyənin Əfqanıstandakı 500 nəfərlik qüvvəsi də Talibanla hər bir hərbi qarşıdurmadan yayınmağa çalışır.

Lakin bunula birlikdə bu yaxınlarda bölgədəki səfərindən qayıdan Xarici İşlər İnstitutunun rəhbəri Hüseyin Bağçı Ankaranın ordakı vəziyyəti şişirtdiyini düşünür.

“Türkiyənin hava limanına dair hər hansı bir iştirakı Türkiyənin xarici siyasəti üçün fəlakətli ola bilər. Taliban Ərdoğanı və Türk hərbi qüvvələrini sevmədiyini ifadə edir. Taliban oradakı bütüb hərbi qüvvələrin çıxarlması barədə qətiyyətlidir və Türkiyənin orada olmasını ümumiyyətlə istəmir" - deyə, Bağçı bildirib.

Lakin Türkiyə hava limanı missiyası ilə bağlı Vaşinqtonla müzakirələrə davam etdirməkdədir. Hər iki tərəf danışıqları məhsuldar adlandırır.

NATO üzvləri arasındakı münasibətlər xüsusilə Ankaranın Moskva ilə dərinləşən əlaqələri səbəbindən çox gərginləşib.

Lakin Duvar xəbər portalının köşə yazarı İlhan Üzgel Ankaranın Kabil hava limanı missiyasının Vaşinqtonla əlaqələrinin düzəldilməsində açar rolu oynacayağını düşünür.

“Əsas məsələ AKP hökumətinin Bayden administrasiyası ilə əlaqələri düzəltməyə çalışmasıdır, bu səbəbdən də onlar yaxşı bir şey təklif etməyə çalışır. Ankara çox yaxşı, vacib və gözardı edilə bilməyəcək bir müttəfiq kmi özünü sübut a yetirməyə çalışır"- deyə Üzgel bildirib.

Bəzi müşahidəçilərin dediyinə görə, Türkiyə Talibanın müqavimətini dəf etmək üçün qrupla yaxın əlaqələri olan, müttəfiqləri Pakistan və Qətərdən yardım istəyir.

Lakin Bağçı Talibanın gücü əlinə alma ərəfəsində olduğuna inanması ilə bu ölkələrin əhəmiyyətinin azaldığıı barədə xəbərdarlıq edir.

"Taliban Pakistanı, Qətəri və Türkiyəni" prioritet siyahıda yer alması lazım olan ölkələr kimi qəbul etmir " deyən Bağçı bildirib ki, "Siyasi baxımdan Rusiya, Çin və Amerika və bəlkə də Hindistan müəyyən dərəcədə Talibana maraqlıdır. Onlar dövlətimizi quraq, ondan sonra danışıqlar aparırıq deyirlər".

Amerika qoşunlarının çıxarılmasına bir neçə həftə qalır. Üzgel Talibanın özünün müxalifliyini qoruduğu təqdirdə, Ankaranın tələyə düşə biləcəyi barədə də xəbərdarlıq edib.

“Əgər Türkiyə orada qoşun saxlamağa israr etsə, bu, riskli olacaq. Yox əgər Türkiyə Talibanın son açıqlamasını qəbul etsə, bu da Türkiyə üçün alçaldıcı olacaq ”- deyə Üzgel qeyd edib.

Digər tərəfədən o düşünür ki, Türkiyənin son anda danışıqlardan çəkilməsi onun imicini qoruya, amma bu, ikitərəfli əlaqələrə zərər verə bilər.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG