Accessibility links

Ərdoğan Ali məhkəmənin qərarının ardınca Ayasofyanın məscidə çevrildiyini elan etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbuldakı Ayasofya məbədinin müsəlmanların ibadətinə açıq olduğunu elan edib. Ərdoğan bu açıqlamanı Ali məhkəmə binanın müasir Türkiyənin banisi tərəfindən muzeyə çevrilməsinin qanunsuz olduğu barədə qərar qəbul etməsindən sonra verib.

Dünya ictimaiyəti isə 1500 il tarixi olan və həm müsəlmanlar həm də xristianların müqəddəs hesap etdiyi abidənin statusunun dəyişdirilməməsi barədə xəbərdarlıq edirdi.

Ərdoğanın imzaladığı qərarda, deyilir ki, "Ayasofya Məscidinin idarəçiliyinin Dini İşlər İdarəsinə təhvil verilməsi və binanın ibadət üçün açılması barədə qərar qəbul edildi."

Ərdoğan daha öncə də həm xristian Bizans, həm də Müsəlman Osmanlı imperiyalarının mərkəzində yer alan və hazırda Türkiyənin ən çox ziyarət edilən abidələrindən biri olan binanın məscid statusunu bərpa etməyi təklif etmişdi. Ayasofya məbədi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Mustafa Kamal Atatürkün rəhbərliyi altında müasir dünyəvi türk dövlətinin ilk günlərində muzeyə çevrilən nəhəng 6-cı əsrə aid binanın statusunun dəyişdirilməsindən narahatlıqlarını ifadə edənlər arasında ABŞ, Yunanıstan və kilsə rəhbərləri də olub.

TASS xəbər agentliyinin məlumatına görə, Rus Pravoslav Kilsəsi məhkəmənin qərarı qəbul edərkən narahatlıqlarının nəzərə almamasından təəssüfləndiyini və bu qərarın daha ixtilaflara səbəb ola biləcəyini söyləyib.

Daha öncə dünya boyu 300 milyon pravoslav xristianın ruhani lideri olan və İstanbulda qərargahlanan Konstantinopol Pravoslav Kilsəsinin hazırki yepiskopu​ Bartolomeu abidənin məscidə çevrilməsinin xristianları məyus edəcəyini və Şərqlə Qərb arasında "çatlağa" səbəb ola biləcəyini söyləyib.

ABŞ dövlət katibi Mayk Pompeo və Yunanıstan da Türkiyənin binanı muzey olaraq qoruyub saxlamağa çağırıb.

Türk qrupları Ayasofyanın məscidə çevrilməsi üçün uzun müddətdir kampaniya aparırdı və bunun Türkiyənin əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkə statusunu daha yaxşı əks etdirəcəyini söyləyirdilər.

XS
SM
MD
LG