Accessibility links

Ərdoğan: Avropa İttifaqına üzvlüyü referenduma qoya bilərik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin Avropa İttifaqına üzvlük prosesində qalıb-qalmayacağını referenduma qoymaq təklifini səsləndirib.

Əgər belə davam etsə, bizim borcumuz məsələni 81 milyon qarşısına çıxarmaq olacaq.

Cümə axşamı beynəlxalq forumda danışan Ərdoğan Türkiyə və Avropa İttifaqının bir-birlərinə çox şey verə biləcəklərini vurğulayıb.

Eyni zamanda o, 28 ölkənin üzv olduğu bloku Türkiyəni qapıda gözlətməkdə ittiham edib.

“Əgər belə davam etsə, bizim borcumuz 81 milyon adamın qarşısına çıxmaq və 81 milyonun hansı qərar verəcəyini görmək olacaq.”

Türkiyə üzvlük danışıqlarına 2005-ci ildə başlayıb. Lakin Türkiyənin insan haqları və qanun aliliyi sahəsində yaşadığı problemlər üzündən bu istiqamətdə cüzi irəliləyiş olub.

Türkiyədə insan haqlarının durumu beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.
Türkiyədə insan haqlarının durumu beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.

2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Türkiyədə minlərlə adam həbs olunub, daha çox sayda insan işdən qovulub.

Türkiyə habelə dünya boyu ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır.

XS
SM
MD
LG