Accessibility links

Ərdoğan: `Əbu Bəkr Əl-Bağdadinin xanımını ələ keçirmişik`


Türkiyə ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin reydi zamanı İslam Dövləti qrupunun keçmiş lideri Əbu Bəkr Əl-Bağdadinin özünü öldürməsindən bir həftədən çox vaxtın keçməsindən sonra çərşənbə günü onun həyat yoldaşının ələ keçirildiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Ankara Universitetində etdiyi çıxışında deyib: "Birləşmiş Ştatlar Bağdadinin özünü tuneldə öldürdüyünü bildirdi və bununla bağlı bir rabitə kampaniyasına başladı."

"Ancaq mən bunu ilk dəfə burada elan edirəm. Biz onun arvadını ələ keçirdik və onlar kimi səs-küy yaratmadıq. Biz eyni zamanda, Suriyada onun bacısı və qaynını da ələ keçirmişik" - deyə, o bildirib. O, bundan başqa detallara varmayıb.

Türkiyənin yüksək səviyyəli rəsmisi bu həftənin əvvəli Əbu Bəkr Əl-Bağdadinin bacısının da Suriyanın Hələb vilayətindəki Azaz şəhəri yaxınlığında qızı və həyat yoldaşı ilə birlikdə ələ keçirildiyini bildirmişdi.

Bunun İslam Dövləti qrupu haqda məlumat əldə etmək məqsədi daşıdığı deyilsə də, Ankara onların qrupun əməliyyatları haqda hansı məlumata malik ola bildiklərini açıqlamayıb.

Əbu Bəkr Əl-Bağdadinin bacısı haqqında az məlumat mövcuddur.

XS
SM
MD
LG