Accessibility links

Ərdoğan: Bağdadinin ölümü terrorizmə qarşı mübarizədə dönüş nöqtəsidir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib ki, İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadinin ölümü terrorizmə qarşı birgə mübarizədə dönüş nöqtəsidir.

Ərdoğan Twitter səhifəsindəki mesajında Türkiyənin əvvəllər olduğu kimi anti-terror səylərinə dəstək göstərməyə davam edəcəyini bildirib.

“Daeş, PKK/YPG və digər terrorçu təşkilatlara qarşı mübarizədə böyük bədəl ödəyən Türkiyə bu inkişafı alqışlayır. Mən əminəm ki, terrorizmə qarşı müttəfiqlik ruhuna uyğun olaraq qətiyyətli mübarizə bütün insanlara sülh gətirəcək”, Türkiyə prezidenti mesajında yazıb.

ABŞ prezidenti Donald Tramp bazar günü Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Suriyanın şimal-qərbində reydi nəticəsində öldüyünü bildirib.

Tramp əməliyyatın keçirilməsində yardıma görə Rusiya, Türkiyə, Suriya və İraqa təşəkkürünü bildirib.

XS
SM
MD
LG