Accessibility links

Ərdoğan Baydendən soyqırımla bağlı bəyanatı geri götürməyi tələb edir


Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bazar ertəsi ABŞ Prezidenti Co Baydendən Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasında yüz minlərlə erməninin qətliamının soyqırım olduğuna dair bəyanatını geri götürməsini tələb edib.

Baydenin şənbə günü bəyanatından sonra verdiyi ilk şərhində Ərdoğan ABŞ liderinin “bir əsr əvvəl coğrafiyamızda baş verən kədərli hadisələr barədə əsassız, haqsız və həqiqətə uyğun olmayan açıqlamalar verdiyini” deyib.

Ərdoğan Baydenin "bu səhv addımdan ən qısa müddətdə imtina edəcəyinə" ümid etdiyini deyib.

Türkiyə lideri həmçinin Baydenə 19-cu əsrdə ABŞ-ın qərb bölgəsini inkişaf etdirdiyi vaxt avropalı köçkünlər tərəfindən yerli amerikalıların qırğınına “güzgüdə baxmağı” tövsiyə edib.

"Bütün bu həqiqətlər ortada olduğu halda Türkiyə xalqını soyqırımda ittiham edə bilməzsiniz" deyə, Ərdoöan bildirib.

Ərdoğan Biaydenın bəyanatının NATO üzrə müttəfiq olan ABŞ-la Türkiyə arasında onsuz da gərgin olan münasibətlərdə “dərin bir yara” açdığını deyib. Birləşmiş Ştatlar ABŞ və NATO müttəfiqlərinin etirazları ilə əlaqədar Türkiyənin Rusiyanın hava hücumundan müdafiə sistemlərini almasından sonra ölkəyə qarşı sanksiyalar tətbiq edib.

Buna baxmayaraq, Türkiyə lideri ABŞ-la əlaqələrdə "yeni bir dövr üçün qapı açılacağına" və iyun ayında NATO sammitində Baydenlə bütün mübahisələri müzakirə edəcəyini gözlədiyini bildirib.

"Artıq fikir ayrılıqlarımızı bir kənara qoymalı və bundan sonra hansı addımları ata biləcəyimizə baxmalıyıq. Əks təqdirdə əlaqələrimizin aprelin 24-də düşdüyü səviyyəyə uyğun olaraq tələb olunanları etməkdən başqa çarəmiz qalmayacaq" -deyə, Ərdoğan bildirib.

Türkiyə Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyası tərəfindən təxminən 1,5 milyon erməninin öldürülməsinin soyqırım olduğunu söyləyən ilk ABŞ prezidenti olan Baydenin bəyanatını qınamaq məqsədilə şənbə günü ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyi xarici işlər nazirinin müavini Sedat Önalın ABŞ səfiri Devid Satterflə verdiyi açıqlamada Baydenin bəyanatının heç bir qanuni əsası olmadığını və Ankaranın "bunu rədd, qəbuledilməz hesab etdiyini və ən güclü şəkildə qınadığını" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG