Accessibility links

Ərdoğan: Amerikanın təhdidləri qarşısında geri çəkilməyəcəyik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Ankaranın amerikalı keşişi azad etmədiyi təqdirdə sanksiyaların tətbiq edilməsi haqda təhdidinə cavab verərək, ölkəsinin mövqeyində duracağını deyib.

Türkiyə mətbuatının verdiyi məlumata əsasən, Ərdoğan bu mübahisənin Birləşmiş Ştatlar və Türkiyə arasında dostluğa təsir göstərə biləcəyini bildirib.

“Sanksiyalarla qarşılaşsaq, biz bir addım geri çəkilməyəcəyik. Onlar səmimi tərəfdaşı itirə biləcəklərini unutmamalıdır”, Türkiyə mətbuatına istinadən Ərdoğan bildirib.

Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq evə gətirilir, 25 iyul, 2018.
Amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq evə gətirilir, 25 iyul, 2018.

Amerikalı keşiş Endrü Branson Türkiyədə 21 ay həbsdə saxlandıqdan sonra ev dustağı edilib. Branson 20 ildən çoxdur Türkiyədə işləyir. Ankara Bransonu 2016-ci il dövlət çevrilişi cəhdinin arxasında olmaqda və PKK-nı dəstəkləməkdə ittiham edir.

Bu ittihamları rədd edən Branson günahkar tanınsa, 35 ilə qədər həbs cəzası ala bilər.

Sanksiyalarla qarşılaşsaq, biz bir addım geri çəkilməyəcəyik. Onlar səmimi tərəfdaşı itirə biləcəklərini unutmamalıdır.

Diplomatlar iki ölkə arasında yaranmış mübahisəni həll etməyə çalışır. ABŞ Dövlət Departamenti şənbə günü dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bransonla bağlı məsələni müzakirə etdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü Hetherz Nauert deyib ki, iki diplomat “bu məsələnin həll edilməsi üçün müzakirələrin davam etdirilməsi və hər iki tərəfi narahat edən digər məsələlərin ünvanlanmasında qərarlıdır”.

Birləşmiş Ştatlar Türkiyəni amerikalı keşişin azad edilmədiyi təqdirdə, sanksiyaların tətbiqi ilə hədələyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens Bransonun dərhal azad edilməsinə çağırıb, əks təqdirdə Türkiyəyə qarşı ciddi sanksiyaların tətbiq edilə biləcəyini deyib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə Bransonun azadlığa buraxılmasına çağırıb. Tramp Twitter səhifəsində mesajında Bransonun həbsini “tam rüsvayçılıq”adlandırıb və əlavə edib ki, “o yanlış heç nə etməyib və onun ailəsinin ona ehtiyacı var”.

XS
SM
MD
LG