Türkiyə rəsmi Ankaranın Suriya prezidenti Bəşar Əsədə qarşı döyüşən üsyançıları dəstəkləməsinə baxmayaraq, Dəməşq hökuməti ilə məhdud kontaktları davam etdirir. Bunu bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Əsədi terrorçu kimi təsvir edib və Suriyada müharibənin davam etdiyi səkkiz il ərzində dəfələrlə onun hakimiyyətdən getməli olduğunu deyib. Lakin Əsəd Rusiya və İranın dəstəyi ilə Suriyanın böyük hissəsinin nəzarətini üsyançılardan geri alaraq, onları əvvəlki istinadgahlarına qayıtmaq məcburiyyəti qarşısında qoyub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabr ayında bildirib ki, Türkiyə və digər ölkələr Əsəd demokratik seçkidə qələbə çalsa, onunla işləməyi nəzərdən keçirə bilər. Ankara keçən ay Dəməşqlə Rusiya və İranın vasitəçiliyi ilə əlaqədə olduğunu bildirib.
Ərdoğan həmçinin Türkiyənin Suriya hökuməti ilə birbaşa əlaqədə olduğunu deyib.
“Suriya ilə xarici siyasət aşağı səviyyədə qalmağa davam edəcək”, Ərdoğan TRT tele kanalına müsahibəsi zamanı deyib. O, kəşfiyyat xidmətlərinin siyasi liderlərdən fərqli fəaliyyət göstərdiyini əlavə edib.
“Liderlər arasında əlaqə olmaya biər. Lakin kəşfiyyat xidmətləri öz maraqları naminə fəaliyyət göstərməlidir. Düşmən də olsa, əlaqələri kəsməməlisiniz. Bu, sonra lazım ola bilər”, Ərdoğan əlavə edib.