Accessibility links

Ərdoğan: F-35 satmasanız, başqa yerə üz tutacağıq


Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü deyib ki, əgər Birləşmiş Ştatlar F-35 təyyarələrini satmasa, Türkiyə başqa yerə üz tutacaq. O əlavə edib ki, ABŞ-ın Ankaranı proqrmandan kənarlaşdırmaq qərarı Türkiyəni ehtiyaclarını qarşılamasının qarşısını almayacaq.

Ankara Rusiyada Vaşinqtonun təhlükə olaraq gördüyü S-400 raketlərinni alandan sonra Birləşmiş Ştatlar ötən həftə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından çıxardığını bildirib.

Vaşinqton həmçinin Türkiyəyə sanksiyalar tətbiq etməklə hədələyib, amma Ankara bu təhdidlərə əhəmiyyət verməyib. Sanksiya əvəzinə Donald Tramp Türkiyəyə qarşı “ədalətsizliyin” olduğunu söyləyib, lakin sanksiyaları da istisna etməyib.

F-35
F-35

Son 11 gündə ilk dəfə olaraq icitmai şəkildə ABŞ-la gərgin münasibətlərdən danışan Ərdoğan deyob ki, ABŞ rəsmiləri sanksiya məsələsində “məntiqli” davranacaq. O əlavə edib ki, Türkiyə Birləşmiş Ştatlardan Boeing təyyarələrinin alışını bir daha nəzərdən keçirə bilər.

“Bizə F-35-ləri vermirsinizmi? Yaxşı, o zaman bağışlayın, amma biz o məsələ ilə bağlı tədbir görməliyik və başqa yerə üz tutmalıyıq” – deyə, Ərdoğan hakim AKP partiyasının üzvlərinə söyləyib.

“F-35-ləri almasaq belə, 100 ədəd qabaqcıl Boeing təyyarələri alırıq, razılıq imzalanıb. İndiyədək Boeing təyyarələrindən biri artıq çatdırılıb və biz ödəniş edirik, biz yaxşı müştəriyik. Amma işlər belə davam etsə, biz bunu yenidən nəzərdə keçirməli olacağıq”, o deyib.

Rusiyanın Rostec adlı dövlətə məxsus konqlomeratı bildirib ki, Rusiya Ankara istədiyi təqdirdə Türkiyəni S-35 təyyarələri ilə təmin etməyə hazırdır. Lakin Türkiyə rəsmiləri cümə axşamı hazırda Moskva ilə F-35 təyyarələrinə alternativlə bağlı danışıqların aparılmadığını bildirib.

F-35-ləri almasaq belə, 100 ədəd qabaqcıl Boeing təyyarələri alırıq, razılıq imzalanıb. İndiyədək Boeing təyyarələrindən biri artıq çatdırılıb və biz ödəniş edirik, biz yaxşı müştəriyik. Amma işlər belə davam etsə, biz bunu yenidən nəzərdə keçirməli olacağıq.
Rəcəb Tayyib Ərdoğan

Ankara ilə Vaşinqton arasında münasibət bir neçə məsələ səbəbilə gərginləşib. Türkiyə həmçinin ABŞ-ın Suriyada YPG kürd yarı-hərbi dəstəsinə dəstəyinə görə qəzəblənib. Ankaranın terror təşkilatı hesab etdiyi YPG ABŞ-ın regiondakı əsas müttəfiqidir.

Ankara xəbərdarlıq edib ki, əgər Vaşinqtonlar regionda planlaşdırılmış təhlükəsizlik zonası ilə bağlı razılıq əldə edə bilməsə, YPG-ni oradan təmizləmək üçün Suriyanın şimalında hərbi əməliyyat başladacaq. O “səbrinin tükəndiyini” söyləyib.

Lakin Ərdoğan cümə günü deyib ki, təhlükəsiz zona ilə bağlı danışıqların necə nəticələndiyindən asılı olmayaraq, Türkiyə Suriyada Fərat çayının şərqində “terror dəhlizini” məhv etmək niyyətindədir.

XS
SM
MD
LG