Accessibility links

Ərdoğan müxalifət partiyası ilə Gülən əlaqəsinin araşdırılmasına çağırır


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü deyib ki, əsas müxalifət partiyasının 2016-cı il çevriliş cəhdini təşkil etməkdə günahlandırılan ABŞ-dakı din xadimi arasında mümkün əlaqələrin olub-olmadığı araşdırılmalıdır.

Ankara 1999-cu ildən bəri öz istəyi ilə ABŞ-ın Pensilvaniya ştatında mühacirətdə yaşayan Fəthullah Gülən çevrilişə cəhd və tərəfdarlarına qarşı basqı həyata keçirməkdə günahlandırır. Gülən şəbəkəsi ilə əlaqəsi olduğu deyilən minlərlə insan həbs edilib və ya işdən çıxarılıb.

Əsas müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu keçən həftə Ərdoğanın vaxtilə Gülən şəbəkəsinin "siyasi qanadı" olduğunu və minlərlə Gülənçinin dövlət sıralarına girməsinə icazə verməkdə ittiham edib.

Kılıçdaroğlunun şərhləri Ərdoğanda sərt əks-səda doğurub və o, öz növbəsində Kılıçdaroğlunu Ankaranın FETÖ adlandırdığı Gülən şəbəkəsinə qoşulmaqda günahlandırıb.

“Türkiyədə FETÖ-nün böyüməsində, güclənməsində və genişlənməsində hər kəsin rolu ola bilər. Ancaq bunları terror təşkilatı elan edən və onlara qarşı müharibə aparan mən və mənim İnkişaf və Ədalət Partiyasıdır "deyə, Ərdoğan çərşənbə günü partiyasının yıncağındakı çıxışı zamanı bildirib.

XS
SM
MD
LG