Accessibility links

Ərdoğan geri addım ataraq Boğaziçi universitetinin rektorunu işdən çıxarıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimlər və tələbələrin aylarla davam edən etirazlarından sonra geri addım atıb və İstanbulda aparıcı universitetlərdən birinə təyin etdiyi mübahisəli rektoru işdən çıxarıb. Boğaziçi Universiteti liberal düşüncə və akademik azadlığın mərkəzi olaraq görülür.

Boğaziçi Universitetinin professorları Ərdoğanın rektor Melih Bulunu gecə yarısı prezident sərəncamı ilə işdən çıxarmasını musiqi sədaları altında alqışlayıblar.

Boğaziçi müəllimləro Ərdoğanın Bulunu sərəncamla rektor təyin etməsinə qarşı gündəlik etirazlar keçirmişdilər. Univesitetin akademikləri ənənəvi olaraq Boğaziçinim rektorlarını özləri seçirlər. Boğaziçinin professoru Can Candan Bulunun oşdən çıxarılmasını alqışlayıb.

“Bu, altı ay yarım davam edən müqavimətin nəticəsidir. Və bu son dərəcə mühümdür, çünki bu, bütün ölkə üçün nümunə oldu. Çünki əgər dinc və qətiyyətli bir şəkildə müqavimət göstərsəniz, sonunda biz müvəffəq olacağıq,” Candan deyib.

Polis Ərdoğanın Bulunu rektor təyin etmək qərarına etiraz edən tələbə və akademiklərin nümayişlərini dağıdıb.

Çox sayda tələbə həbs olunub, əksəriyyəti isə ağır silahlı anti-terror polisinon keçirdiyi reydlər zamanı həbs edilib. Onlara qarşı təqiblər ölkə daxilində, habelə Birləşmiş Ştatlar daxil omaqla xarici ölkələrdə qınaqlara səbəb olub.

Tədrisin ingilis dilində keçdiyi Boğaziçinin Birləşmiş Ştatlarla tarixi əlaqələri var. Boğaziçi Türkiyənin ən yaxşı universitetləri sırasındadır. Universitetin müəllimi Seda Altuğun sözlərinə görə, Boğaziçi liberal və müstəqil düşüncə sahəsində qazandığı reputasiya səbəbilə Ərdoğanın hədəfinə çevrilib.

“Universitet liberal mühiti, liberal tədris mühiti, liberal tələbə məşğuliyyətləri və Türkiyədə tabu və ya mübahisəli olan bir çox mövzuların burada heç bir zorakılıq olmadan müzakirə olunmasına gətirib çıxaran liberal şərait səbəbilə uzun zamandır hədəfə çevrilib,” Altuğ deyib.

Türkiyə hökuməti terrorla mübarizə adı altında yürütdüyü təqiblər çərçivəsində yüzlərlə müəllimi işdən çıxardığına görə artan tənqidlərlə üzləşib.

Ərdoğan hələ ki, Balunu işdən çıxarmasının səbəbini izah etməyob. Bu qərar Türkiyənin ali təhsil orqanının iclasından sonraya təsadüf edib ki, orada Boğaziçi Universitetindəki iğtişaş müzakirə olunub.

Ərdoğanın hakim AKP partiyasının bəzi tanınmış üzvləri hökumətin müxalif fikirli insanlara qarşı mövqeyi səbəbilə tərəfdarları arasında narahatlığın artdığı barədə xəbərdarlıq edirlər. Rəy sorğularının nəticələri hətta Ərdoğanın tərəfdarları arasında universitet etirazlarına rəğbətin yüksək olduğunu göstərib.

Professor Candan Ərdoğanın addımını alqışlasa da, məsələyə ehtiyatla yanaşır.

“Mübarizə davam edir. Onun geri addım atması o demək deyil ki, biz öz rektorumuzu süçə biləcəyik. Mübarizə davam edir. Amma əlbəttə ki, bu, təkcə Boğaziçi üçün deyil, digər ali təhsil müəssisələri üçün də böyük dəyişiklərə aparan yolda böyük uğurdur,” o deyib.

Tələbə və müəllimlər universitet rektorlarının yenidən akademiklər tərəfindən seçki yolu ilə təyin olunmasına çağırır. Ərdoğanın Boğaziçinə yeni rektor təyin edib-etməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG