Accessibility links

Ərdoğan: "Kürd döyüşçüləri təhlükəsizlik zonasını tərk etməyib"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri Suriyanın sərhəd bölgəsində hələ də kürd YPG yarı-hərbi dəstəsi ilə birgə patrul çəkir. Baxmayaraq ki, Ankara və Vaşinqton militant qrupu həmin bölgədən təmizləmək üzərində razılıq əldə edib.

Türkiyə YPG-nin “təhlükəsizlik zonasından”çıxması üzərində ABŞ və Rusiya ilə iki ayrı razılıq əldə edib. Ankara isə bunun müqabilində qrupa qarşı hərbi əməliyyatlarını dayandırmağa söz verib. Vaşinqton və Moskva döyüşçülərin ərazini tərk etdiyini bildirsə də, Ərdoğan bunu inkar edir.

Ərdoğan çıxışı zamanı bildirib ki, YPG döyüşçüləri Türkiyənin hərbi müdaxilə etdiyi Tel-Rifat, Mənbic və Ras Əl-Aynin şərqində qalıb. O deyib ki, Vaşinqton və Moskva vədlərinə əməl etmədiyi təqdirdə Türkiyə də razılığa əməl etməyəcək.

Ankara YPG-ni 1984-cü ildən bəri Türkiyənin cənub-şərqində qiyam edən militantlarla əlaqəsi olan terror qrupu hesab edir. ABŞ İslam Dövləti qrupuna qarşı müharibədə müttəfiqi olan YPG-ni dəstəkləyir. Bu isə Türkiyəni qəzəbləndirir.

XS
SM
MD
LG