Accessibility links

Ərdoğan Kabil hava limanını qorumaqda maraqlı olduğunu bir daha vurğulayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Kabil beynəlxalq hava limanını qorumaq planlarından geri çəkildiyinə dair xəbərlərə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Türkiyə Əfqanıstanda oynaya biləcəyi hər hansı rol ilə bağlı Talibanla danışıqlar aparmağa hazırdır.

“Qapımızı çalsalar, biz onu dialoqa açacağıq,” Ərdoğan cümə günü bildirib.

Ərdoğan Əfqanıstanda infrastruktur işlərində iştirak edib və hələ də bunu etməkdə maraqlıdır.

Türkiyə həmçinin Kabil hava limanında təhlükəsizliyi təmin etməkdə maraqlıdır deyə Ərdoğan çərşənbə günü televiziyada yayımlanan müsahibəsində bildirib, baxmayaraq ki, Reuters bazar ertəsi Talibanın ölkənin nəzarətini ələ keçirməsindən sonra aeoportu qorumaq planlarının ləğv edildiyini bildirmişdi.

“Türkiyənin Əfqanıstandakı hərbi mövcudluğu yeni administrasiyanın beynəlxalq səhnədə əlini gücləndirəcək,” – Ərdoğan bildirib və əlavə edib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə əlaqədədir.

NATO üzvü olaraq Türkiyənin Əfqanıstanda təxminən 600 qoşunu var və Türkiyə rəsmiləri oradakı qoşunlarının döyüş qüvvələri olaraq görmürlər.

Türkiyə iyun ayında NATO qüvvələri ölkədən çıxarılandan sonra Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanını qorumağı təklif edib. Birləşmiş Ştatlar və Türkiyə hava limanını Əfqanıstandakı diplomatik missiyalar üçün təhlükəsiz keçid olaraq açıq tutmağın detallarını razılaşdırıblar.

Taliban iyul ayında Türkiyəyə hava limanında hərbi mövcudluq əleyhinə xəbərdarlıq edib və təklifi “bizim suverenliyimizin və ərazi bütövlüyümüzün pozulmasıdır və milli maraqlarımıza ziddir.”

Ərdoğan çərşənbə günü bildirib ki, Taliban döyüşçüləri ölkənin nəzarətini ələ keçirəndən sonra aeroportda təhlükəsizliyi təmin edilməsi ilə əlaqədar yeni mənzərə yaranıb.

“Biz indi planlarımızı yerdə yaranan yeni reallıqlara uyğun olaraq formalaşdırırıq və müvafiq olaraq da danışıqlarımızı davam etdiririk,” Ərdoğan deyib.

Bəzi ekspertlər iddia edir ki, Taliban istəsə Türkiyə hava limanını mühafizə edər, lakin NATO və ABŞ Talibanın nəzarət etdiyi Əfqanıstanda bu cür hərbi mövcudluğa dəstək verməz.

“İnsanların nəzərdən qaçırdığı bir şey var ki, ilkin razılığa əsasən Ankara Talibana qarşı döyüşməyəcəkdi,” Xarici Siyasət Araşdırmaları İnstitutunun tədqiqat direktoru Aaron Stein Amerikanın Səsinə bildirib. “Ankara Talibanla Doha və Pakistan vasitəsilə dolayı və bəlkə də hətta birbaşa danışıqlar aparırdı ki, orada qalmaq üçün Talibanın icazəsini ala bilsin. Onlar bun rəsmi əfqan hökuməti ilə balanslaşdırmalı idilər.”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gündəlik Hürriyet qəzetinə bildirib ki, Türkiyənin hava limanını qorumaq planlarını ləğv etdiyini demək üçün çox tezdir.

“Biz Birləşmiş Ştatlar və başqa ölkələrdlə evakuasiya və başqa məsələlərlə bağlı birlikdə işləyirik. Bizim prioritetimiz dönmək istəyən vətəndaşlarımızı evakuasiya etməkdir,” Çavuşoğlu deyib.

Türkiyə avqustun 18-dək Əfqanıstandan 552 vətəndaşını təxliyə edib.

Digər yandan isə Türkiyə müxalifəti, o cümlədən Cumhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya hökuməti Türkiyə əsgərlərini Əfqanıstandan evakuasiya etməyə çağırır.

“Əfqanıstandan geriyə nə qalıb? Bizim qoşunlarımız nə üçün orda qalmalıdır? Birləşmiş Ştatları məmnun etmək üçün cəfəngiyat danışmağı dayandırın və əsgərlərimiz bu bataqlıqdan çıxarın,” İyi Partiyanın lideri Meral Akşener 16 avqustda Twitter-də yazıb.

CHP və İyi partiyaları həmçinin hökumətin Əfqanıstan siyasəti ilə bağlı da narahtlıqlarını dilə gətiriblər və bu siyasətin çox sayda əfqan qaçqının Türkiyə daxil olmasına gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər.

“Mən bir daha deyirəm: Ərdoğan, sən Türkiyəyə daha çox qaçqın gətirəcək razılıq imzalamayacaqsan,” CHP-nin lideri Kemal Kılıçdaroğlu çərşənbə axşamı Twitter-də yazıb. Bu tvit Almaniya kansleri Angela Merkel Almaniyanın mümkün əfqan qaçqını axını məsələsində Türkiyə ilə yaxından işləməli olduğunu deməsindən sonraya təsadüf edib.

Kılıçdaroğli bu ayın əvvəlində Ərdoğanın Türkiyəyə daha çox əfqan qaçqın qəbul etmək üçün ABŞ-la razılıq əldə etdiyini iddia etmişdi.

Lakin ABŞ-ın Türkiyədəki səfirliyi çərşənbə günü bu iddianı rədd edib.

Ərdoğan cümə axşamı kabinet iclasından sonra televiziyada yayımlanan çıxışında müxalifətin əfqan qaçqınlarla bağlı mövqeyini nifrət çıxışı adlandırıb. O deyib ki, Türkiyə təxminən 300 min əfqan qaçqına ev sahibliyi edir.

O həmçinin Avropa ölkələrini “vətəndaşlarının təhlükəsizliyi və rifahını qorumaq üçün sərhədlərini sərt şəkildə bağladağına” görə tənqid edib.

“Türkiyənin Avropanın qaçqın anbarı olmaq borcu, məsuliyyəti və ya öhdəliyi yoxdur,” Ərdoğan deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG