Accessibility links

Ərdoğan Kuşnerlə danışıqlar aparıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerlə Ankarada görüş zamanı, 27 fevral, 2019.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerlə Ankarada görüş zamanı, 27 fevral, 2019.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerlə danışıqlar aparıb. Müzakirələrin diqqət mərkəzində Yaxın Şərq sülh təşəbbüsləri və bölgədə durumun olduğu bildirilir.

Prezident Ərdoğanın ofisindən çərşənbə axşamı günü Cared Kuşnerlə danışıqların aparıldığını təsdiq ediblər.Türkiyənin iqtisadiyyat naziri, prezident Ərdoğanın kürəkəni Berat Albayrak da danışıqlara qatılıb.

Kuşnerin Yaxın Şərqə dair sülh planını aprelin 9-da İsraildə seçkilərdən sonra açıqlayacağı gözlənilir.

Onun sözlərinə görə, sülh planında sərhədlər də daxil olmaqla “yekun status” məsələlərinin həlli və bütün tərəflərdən tələb olunan güzəşətlər öz əksini tapacaq. Kuşner Fələstin dövlətinin yaradılması məsələsini qeyd etməyib. O bildirib ki, planda əsas diqqət mərkəzində olan məsələ fələstinlilərə iqtisadi imkanların verilməsindən ibarətdir.

Arxiv fotosu - Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ağ Evin müşaviri Cared Kuşnerlə Ər-Riyadda görüş zamanı, 21 may, 2017.
Arxiv fotosu - Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ağ Evin müşaviri Cared Kuşnerlə Ər-Riyadda görüş zamanı, 21 may, 2017.

Kuşnerin sülh təşəbbüsləri ilə bağlı açıqlamaları İsrail və Fələstin liderləri tərəfindən soyuq qarşılanıb.

Cared Kuşnerin də daxil olduğu ABŞ nümayəndə heyəti İsrail və fələstinlilər arasında yeni sülh planına dəstək məqsədilə region ölkələrini ziyarət edir.

Bundan öncə Kuşner Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanla görüş keçirib. Ağ Evin bildirdiyinə görə, danışıqlar zamanı iki ölkə arasında “əməkdaşlığın fəallaşdırılması” və “Yaxın Şərqə dair sülh planının müzakirəsi” kimi məsələlər yer alıb.

XS
SM
MD
LG