Accessibility links

Ərdoğan Moldovaya səfər edəcək


Moldova rəsmilərinin bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfər edəcək.

Səfərin elan edilməsi Moldovanın Türkiyə kəşfiyyatı ilə birgə əməliyyatı nəticəsində yeddi türk müəllimin ölkədən çıxarılmasından bir neçə həftə sonraya təsadüf edir.

Moldova prezidenti İqor Dodon Rəcəb Tayyib Ərdoğanın oktyabrın 17-i və 18-də ölkəyə səfər edəcəyini bildirib. Səfər zamanı Türkiyə prezidenti rusdilli türk-xristian icmasının yaşadığı Qaqauz muxtar ərazisini ziyarət edəcək.

Moldova məktəbində işləyən müəllimlər ABŞ-da yaşayan din xadimi Fətullah Gülənlə əlaqələri olmaq şübhələri əsasında ölkədən çıxarılıb. Türkiyə Fətullah Güləni 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edir. Gülən bu ittihamları rədd edir.

Türkiyəyə ekstradisiya edilmiş müəllimlərin taleyi ilə bağlı məlumat yoxdur.

Moldova prezidenti Facebook səhifəsində yazıb ki, Ərdoğanın səfəri iki ölkə arasında maraq doğuran bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək.

XS
SM
MD
LG