Accessibility links

Ərdoğan: "Nobelin mənim üçün heç bir dəyəri yoxdur"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel akademiyasını insan hüquqları pozuntularının mükafatlandırılmasında günahlandırıb. Buna səbəb mərhum Serbiya lideri Slobodan Miloşeviçi dəstəklədiyi üçün tənqid olunan Peter Handkeyə ədəbiyyat sahəsində Nobel mükafatının verilməsi olub.

Türkiyə akademiyanın avstriyalı Handkenin mükafata layiq görülməsinə etiraz olaraq, Nobel mükafatlandırma mərasimini boykot etmək üçün Albaniya və Kosovoya qatıldığını bildirib.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə danışan Ərdoğan Nobel komitəsini "tamamilə ideoloji bir qurum" adlandırıb. "Nobelin mənim üçün heç bir dəyəri yoxdur" - deyə, o əlavə edib.

Avstriyalı yazıçı Peter Handke
Avstriyalı yazıçı Peter Handke

“Bosniyadakı soyqırımı inkar edən və müharibə cinayətkarlarını müdafiə edən bir irqçiyə 10 Dekabr İnsan Hüquqları Günündə Nobel Ədəbiyyat Mükafatının verilməsi, insan haqları pozuntularının mükafatlandırılmasından başqa heç bir məna daşımır”, Türkiyə prezidenti bildirib.

Akademiyanın seçimi geniş tənqidlərlə qarşılaşıb.

77 yaşlı Handke Miloşeviçə dəstəyini nümayiş etdirib və sabiq Serbiya prezidentinin 2006-cı ildə BMT-nin müharibə cinayətləri tribunalında məhkəməsi zamanı saxlandığı yerdə vəfatından sonra onun dəfn mərasimində nitq söyləyib.

Miloşeviç 1990-cı illərdə serb qüvvələri tərəfindən Bosniya, Xorvatiya və Kosovoda federal Yuqoslaviyanın parçalanması nəticəsində baş vermiş müharibələr zamanı törətdikləri vəhşiliklər və etnik təmizləmələrlə əlaqədar olaraq müharibə cinayətlərində ittiham edilib.

Handke cümə günü Miloşeviçə dəstək verməsi ilə bağlı suallardan yayınıb. Çərşənbə axşamı ona rəsmi olaraq 9 milyon kron (935 min dollar) məbləğində mükafatı təqdim ediləcək və daha sonra o, ənənəvi Nobel ziyafətində iştirak edəcək.

Handke "Qapıçının Cərimə Zərbəsindəki Narahatlığı" və "Asta geri dönüş” kimi kitabların müəllifidir. O eyni zamanda, 1987-ci ildə məşhur "Arzu qanadları" filminin ssenari müəlliflərindən biridir.

XS
SM
MD
LG