Accessibility links

Ərdoğan Putinlə görüşüb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kürd döyüşçülərinə qarşı əməliyyatlarla əlaqədar olaraq Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Ərdoğan çərşənbə axşamı ikitərəfli danışıqlar üçün Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçiyə gedib. Kremlin sözçüsü Dmitri Peskov görüşdən əvvəl Putinin Türkiyənin bölgədəki planları haqqında daha ətraflı məlumat almaq istədiyini bildirib.

Peskov Türkiyənin öz qüvvələrini Suriyanın ərazisinə yerləşdirməsi üçün Suriya hökumətindən icazəyə ehtiyacı olduğunu bildirərək, Moskvanın Türkiyənin müdaxiləsi fonunda Ankara-Dəməşq danışıqlarına ümid etdiyini deyib.

Görüş başlayarkən həm Ərdoğan, həm Putin onlar arasında danışıqların aparılmasının vacibliyini vurğulayıblar. "Ümid edirəm ki, Rusiya-Türkiyə münasibətlərində əldə etdiyimiz səviyyə bölgədəki bütün məsələlərin normallaşmasında öz rolunu oynayacaq və bizim Türkiyə, Rusiya və bölgədəki bütün ölkələrin maraqları baxımından ən çətin suallara cavab tapmağımıza imkan verəcək" - deyə, Vladimir Putin bildirib.

Türkiyə prezideti Ərdoğan isə öz növbəsində bu görüşün tez bir zamanda sülhün əldə edilməsi üçün bir fürsət olacağını deyib. “İnanıram ki, buradakı görüşümüz “Barış Pınarı” əməliyyatı üçün kritik anların həllinə yardım edəcək” deyə, o əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva və Ankaranın bölgədə qan tökülməsinə son verilməsi üçün kürd YPG döyüşçülərinin Suriya sərhədindən 30 km geri çəkiləcəyi razılığına gəldiklərini bildirib.

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlardan sonra danışan Lavrov, kürdlərin həm Manbij, həm də Tel Rifaat şəhərlərindən çıxmalı olacaqlarını deyib.

XS
SM
MD
LG