Accessibility links

Ərdoğan: `Onlar tamamilə çəkilməyincə proses bitməyəcək`


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa Beynəlxalq hava limanında mətbuat konfransında açıqlamalar verir, 22 oktyabr, 2019.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa Beynəlxalq hava limanında mətbuat konfransında açıqlamalar verir, 22 oktyabr, 2019.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə edilməsinə baxmayaraq, yüzlərlə kürd döyüşçüsünün Suriyanın şimal-şərq sərhədi yaxınlığında qalmaqda davam etdiyini və atəşkəs müddəti bitdikdən sonra Türkiyənin hücumları bərpa edə biləcəyini bildirib.

Kürdlərin YPG döyüşçülərinin Türkiyə ilə Suriya arasındakı sərhəd boyu tutduqları mövqelərdən çəkilmələri üçün beş günlük atəşkəs çərşənbə axşamı saat 22:00-da başa çatır.

Türkiyə ölkənin cənub-şərqində üsyançı kürd yaraqlıları ilə əlaqəsi olduğuna görə terrorçu hesab etdiyi kürd YPG qüvvələrinin Suriyanın daxilindəkı “təhlükəsizlik zonası” ni tərk etməli olduğunu bildirir.

Ərdoğan Dəməşq hökumətini dəstəkləyən və Suriyanın şimal-şərqinə qoşun yerləşdirən Prezident Vladimir Putinlə Suriya mövzusunu müzakirə etmək üçün Rusiyaya uçmazdan əvvəl Ankara hava limanında jurnalistlərə kürd döyüşçülərin çıxarılma əməliyyatının davam etdiyini deyib.

“Artıq geri çəkilən 700-800 nəfərdən (YPG döyüşçüləri) söhbət gedir, təxminən 1200-1300 nəfər isə geri çəkilməyə davam edir. Onların geri çəkiləcəyini deyirlər. Hamısı çıxmaq məcburiyyətindədir, onlar tamamilə çıxmayınca proses bitməyəcək" - deyə, Ərdoğan bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG