Accessibility links

Ərdoğan Putinlə görüşür


Sentyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşür.

Bundan öncə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu demişdi ki, Ərdoğanla Putin bazar ertəsi Suriya böhranı üzrə danışıqlar aparacaqlar.

Ərdoğan ötən həftə Tehranda İran və Rusiya liderləri ilə Suriyadakı vəziyyəti müzakirə edib, amma üsyançıların əlində olan İdlib vilayəti üzrə atəşkəsə nail olunmayıb.

Pakistana səfər edən Mevlüt Çavuşoğlu deyib:

“İran və Rusiya ilə səylərimizi davam etdirəcəyik… Beynəlxalq platformalarda da səylərimizi davam etdirəcəyik”.

Türkiyə İdlibdə humanitar böhran yaranacağından ehtiyatlanır. Türkiyə ilə sərhəddə yerləşən bu vilayətdə 3 milyondan çox adam yaşayır.

BMT rəsmisinin dünən bildirdiyinə görə, Suriyanın şimal İdlib vilayətində ilişib qalan yüz minlərlə insan üçün yardım planı hazırlanıb. Eyni zamanda bu bölgədə müharibənin qızışmaması üçün diplomatik səylər davam etdirilir.

BMT-nin Suriya böhranı üzrə regional koordinatoru Panos Mountzis deyib ki, Rusiya və ABŞ-ın məsələnin sülh yolu ilə həllinə dair əminliyini əldə edib.

Moumtzis son həftələr ərzində fəaliyyət qüvvələrinin bir neçə dəfə görüş keçirdiyini deyib. O, Amerikanın Səsinə bildirib ki, Rusiya və ABŞ-ın rolu olduqca əhəmiyyətlidir.

XS
SM
MD
LG