Accessibility links

Ərdoğan Putinlə Suriyada mümkün hərbi əməliyyatı müzakirə edəcək


Arxiv fotosu - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Arxiv fotosu - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Rusiyanın RIA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, o, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar məqsədilə Moskvaya səfər edərkən Türkiyənin Suriyaya mümkün hərbi müdaxiləsini müzakirə etməyi planlaşdırır.

Ərdoğan Suriyada Fərat çayının şərqində ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini məğlub etməyi vəd edib və deyib ki, əməliyyata hazırlıqlar başa çatıb.

Vaşinqtonun NATO-da əsas müsəlman müttəfiqi olan Türkiyə Suriyanın YPG kürd yarı-hərbi birləşmələrini düşmən hesab edir və artıq son iki il ərzində hərbi kampaniyalar vasitəsilə Fərat çayının qərbindəki əraziləri döyüşçülərdən təmizləyib.

“Bizim sərhəddə hazırlıqlarımız baş çatır, əməliyyata hər şey hazırdır. Biz hər an başlaya bilərik. Mən bu və bir neçə digər məsələni Rusiyaya səfərin zamanı Putinlə üz-üzə keçirdiyimiz görüşdə müzakirə edəcəm”, - Ərdoğanın söylədiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG