Accessibility links

Ərdoğan: Rusiya qaza görə Türkiyəyə endirim etməyə razı olub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan bildirib ki, Rusiya 2015-2016-cı illərdə çatdırılan qaza görə Türkiyəyə endirim edilməsinə razılıq verib. Onun sözlərinə görə, endirimin həcmi təxminən 1 milyard dollar təşkil edəcək.

Ərdogan Ərzurumda seçkiqabağı mitinqdə çıxış edərkən qeyd edib ki, Rusiya öncə bundan imtina etdiyinə görə, Türkiyə beynəlxalq arbitiraj məhkəməsinə müraciət etmişdi. Bundan sonra isə 10,25 faiz endirim haqda razılıq əldə edilmişdi.

“Qazprom” şirkəti Türkiyə prezidentinin bu açıqlamalarına hələlik münasibət bildirməyib.

2015-ci ilin sonunda Türkiyənin Suriya sərhədində ölkənin hava hövzəsini pozmuş Rusiya təyyarəsini vurması nəticəsində iki ölkə arasında münasibətlər ciddi şəkildə pisləşmişdi. Rusiya bunun nəticəsində Türkiyədən məhsulların çatdırılmasına məhdudiyyətlər qoymuşdu. Lakin iki ölkə arasında münasibətlərin normallaşmasından sonra “Türk axını” qaz layihəsi üzrə işlər davam etdirilib.

XS
SM
MD
LG