Accessibility links

Ərdoğan Səudiyyə Ərəbistanına: Xaşuqcinin qətlinə kim əmr verib? Adını açıqlayın


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını jurnalist Camal Xaşuqcinin Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə kimin əmr verdiyini açıqlamağa çağırıb.

Parlament qarşısında danışan Ərdoğan deyib ki, Xaşuqcinin qətlinin istintaqı tez zamanda sona çatdırıla bilər. Onun sözlərinə görə, bəhanələrin heç bir mənası yoxdur.

Türkiyə oktyabrın 2-də Xaşuqcinin konsulluqda qətli ilə əlaqədar Səudiyyə Ərəbistanında həbs edilmiş 18 nəfərin ektradisiyasını və Ər-Riyadın jurnalistin indiyə qədər aşkar edilməmiş cəsədinin tapılmasında yardım göstərməsini istəyir.

Camal Xaşuqcinin nişanlısı Hatice Cengiz Londonda Reuters agentliyinə müsahibə verir, 29 oktyabr, 2018.
Camal Xaşuqcinin nişanlısı Hatice Cengiz Londonda Reuters agentliyinə müsahibə verir, 29 oktyabr, 2018.

Xaşuqcinin nişanlısı Hatice Cengiz Londonda anım mərasimində səudiyyəli jurnalistin qətlinə “bir sıra ölkələrin liderlərinin reaksiyasından” narazı qaldığını deyib. O, ABŞ prezidenti Donald Trampı Səudiyyə Ərəbistanı krallığının yerləşdirdiyi agentlər tərəfindən öldürülməsi ilə bağlı “həqiqəti aşkar etməyə kömək etməyə” çağırıb.

Hatice Cengiz keçən həftə Habertürk agentliyinə müsahibədə deyib ki, Camal Xaşuqci İstanbuldakı konsulluğu ziyarət etməsilə bağlı narahat olsa da, o, Türkiyədə həbs edilə, ya da zərər görə biləcəyinə inanmırdı.

Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.
Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.

“O, Türkiyənin təhlükəsiz ölkə olduğunu və əgər saxlansa, ya da dindirilsə, bunun tez zamanda həll olunacağını fikirləşirdi”-deyə, o bildirib.

O, qətlə görə məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmasına çağırıb.

Arxiv fotosu-Səudiyyəli jurnalist Camal Xaşuqci İsveçrədə Davoq İqtisadi Forumunda
Arxiv fotosu-Səudiyyəli jurnalist Camal Xaşuqci İsveçrədə Davoq İqtisadi Forumunda

ABŞ prezidenti Donald Tramp Xaşuqcinin yoxa çıxması və qətlinin “tarixdə ən pis şəkildə ört-basdır edildiyini” bildirib. Tramp bildirib ki, o, Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın səudiyyəli dissident və jurnalist Camal Xaşuqcinin “özbaşına hərəkət edən agentlər” tərəfindən öldürüldüyü haqda verdiyi izahata inanmaq istəyir. Lakin o bildirib ki, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş vermiş qətl hadisəsinə görə başlıca məsuliyyət şahzadə Məhəmməd bin Salmanın üzərinə düşür.

ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların Washington Post qəzetinin yazarı Camal Xaşuqcinin İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunda qətli ilə əlaqədar bəzi şübhəli şəxslərə qarşı tədbirləri nəzərdən keçirdiyini bildirir. Birləşmiş Ştatlar artıq 18 səudiyyəlinin vizalarını ləğv edib.

XS
SM
MD
LG