Accessibility links

Ərdoğan səudiyyəlilərə: Xaşuqcinin cəsədi haradadır?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanını jurnalist Camal Xaşuqcinin İstanbulda qətl edilməsinə kimin göstəriş verdiyini, habelə onun cəsədinin harada olduğunu açıqlamağa çağırıb.

Bu göstərişi kimi verib. 15 nəfərə Türkiyə gəlmələrinə dair göstərişi kim verib?”
Rəcəb Tayyip Ərdoğan

Ərdoğan deyib ki, Türkiyə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ABŞ-da yaşayan təqçidsinin ölümünə dair açıqladığından daha çox məlumata sahibdir. Bu hadisə dünyanın ən böyük neft ixracatçısı və Qərbin Yaxın Şərqdəki strateji tərəfaşını ciddi böhrana salıb.

Ərdoğan əlavə edib ki, Səudiyyə Ərərbistanı daha öncə səudiyyəli rəsmilərin dediyi kimi, oktyabrın 2-də Səudiyyə Ərəbistanı konsulluğunuda Xaşuqci öldürüləndən sonra onun cəsədini səudiyyəli agentlərdən təhvil alan "yerli əməkdaşın" kimliyini açıqlamalıdır.

Səudiyyə Ərəbistanının baş prokuroru cümə günü deyib ki, Washington Post qəzetinin köşə yazarı olan Xaşuqcinin qətli əvvəlcədən planlaşdırılmışdı. Daha öncə isə onlar onun konsulluqda baş verən dava nəticəsində öldüyünə dair rəsmi açıqlama vermişdi.

Səudiyyə Ərəbistanının Xaşuqcinin boşanma sənədləri almaq üçün konsulluğa daxil olandan sonra başına gələnlərlə bağlı dəyişkən açıqlamaları skeptisizmə və Səudiyyə Ərərbistanının qətlə görə kimin məsuliyyət daşıdığının müəyyən olunması məsələsində şəffaf olmasına dair çağırışlara səbəb olub

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman

“Bu göstərişi kimi verib. 15 nəfərə Türkiyə gəlmələrinə dair göstərişi kim verib?”, deyə Ərdoğan Ankarada mənsub olduğu AK partiyasının üzvləri önündə çıxışı zamanı sual edib.

Səudiyyə rəsmiləri əvvəlcə Xaşuqcinin konsulluğa daxil olandan sonra yoxa çıxması ilə əlaqələrinin olduğunu inkar edib, daha sonra isə onun Səudiyyə Ərəbistanını geri gətirmək istəyən insanlar arasında çıxan dava nəticəsində öldüyünü elan edib.

Riyad istintaq çərçivəsində 18 nəfərin həbs olunduğunu, beş yüksək rütbəli hökümət rəsmisinin isə vəzifələrindən azad edildiyini bildirib. Özünü islahatçı olaraq göstərən, Riyadın de fakto lideri şahzadə Məhəmməd deyib ki, qatillər məsuliyyətə cəlb olunacaq.

XS
SM
MD
LG