Accessibility links

Ərdoğan seçki nəticələrini ləğv etməklə hədələyir


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan merlik uğrunda mübarizədə qalib gələn kürd tərəfdarı namizədləri vəzifədən çıxarmaqla təhdid edəndən sonra “diktator” kimi hərəkət etməkdə günahlandırılır. Onun mənsub olduğu AK partiyasının bu ay keçiriləcək yerli seçkilərdə böyük məölubiyyətlərə uğrayacağı gözlənilir.

Bu həftə tərəfdarları önündə çıxış edən Ərdoğan Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq hissəsindəki seçiciləri hədələyib: Seçkidə qalib gələn kürd separatçı PKK qrupuna rəğbət bəsləyən namizədlər postlarından uzaqlaşdırılacaq.

Bu xəbərdarlıq Türkiyənin ikinci ən böyük müxalif partiyası, kürd tərəfdarı HDP-yə yönəlib. Ankara HDP-ni PKK-nın siyasi qolu olmaqda ittiham edir. HDP isə bu ittihamı rədd edir. İndiyədək artıq onlarla seçilmiş HDP merləri PKK-ya yardıme tmək ittihamı ilə vəzifələrindən çıxarılıb və həbs olunub.

HDP rəhbərliyi seçiciləri Ankaranın ələ keçirdiyi şəhərlərə nəzarət geri almağa çağırır.

Kürd tərəfdarı partiya namizədlərinə qarşı irəli sürülən terrorçu ittihamlarını rədd edir. “Onların bizim qalib gələn hər hansı namizədimizi çıxarması seçilən merlərin terrorçu olduğu demək deyil, əksinə Ərdoğanın dikator olduğu deməkdir”, deyə HDP-nin fəxri prezidenti Ərtoğrul Kürkcü bildirib.

Təsdiqlənmiş namizədlər

Kürkcü bildirir ki, Türkiyədə seçkilərə nəzarət edən Yüksək Seçki Komissiyası HDP-nin bütün merliyə namizədlərini təsdiq edib. HDP iddia edir ki, hər hansı namizədin kampaniya zamanı qanunu pozması Türkiyə ədliyyəsinin ünvanlamalı olduğu məsələdir, prezidentin deyil.

Nümayişçi əlində Selahattin Demirtaşın şəkli ilə
Nümayişçi əlində Selahattin Demirtaşın şəkli ilə

Ərdoğanın xəbərdarlığı seçicilərə hədə kimi qiymətləndirilir.

Bu kürd seçicilərinə xəbərdarlıqdır ki, “əgər siz regionda sülh və sakitlik istəyirsinizsə, mənim namizədlərimə səs verməlisiniz. Əgər müxalifətə səs versəniz, merləri işdən çıxaracam. Sizi qoyun kimi idarə edəcək. Amma demokratiya uğrunda böyük mübarizələrdən sonra mən ləyaqətli kürdlərin və ya ləyaqətli vətəndaşların bu hədələrə boyun əyəcəyini gözləmirəm. Əksinə, bu qəzəb və üsyan oyandırır,”Kürkcü deyib.

Təhlilçi Atilla Yeşilada da deyir ki, “Hədələrə və qara təxribata baxmayaraq, HDP kürdlərin çoxluq təşkil etdiyi bütün şəhərlərdə qalib gələcək”.

Təhlilçilər bir çox kürdün 2015-ci ildə PKK ilə sülh danışıqlarının çökməsindən sonra təhlükəsizlik təqiblərinə görə çox qəzəbli olduğunu söyləyir.

Şəhərlər dağıdılıb

Türkiyənin əsasən kürdlərdən ibarət cənub-şərq hissəsində təhlükəsizlik qüvvələri kürd döyüşçüləri çıxarmağa çalışarkən, şəhərlərin mərkəzləri dağılıb. İnsan haqları qrupları bildirir ki, 200 mindən çox insan evsiz qalıb.

Vəzifələrindən çıxarılıb həbs olunan 80-dən çox kürd tərəfdarı HDP partiyasına mənsub merlə yanaşı partiyaya mənsub onlarla parlament üzvü də həbsxanaya göndərilib. Onlar arasında partiyanın keçmiş xarizmatik lideri Selahattin Demirtaş da var. Onların hər birinə qarşı terror ittihamları irəli sürülüb.

Ərdoğan baş nazir ikən hakimiyyətdəki ilk illərində özünü kürdlərin haqlarının müdafiəçisi kimi təqdim edirdi. Bunun əvəzində onun AK partiyası seçkilərdə HDP-dən daha çox səs toplayırdı.

Lakin PKK ilə sülh prosesinin nəticə verməməsi ilə Ərdoğan kürdləri dəstəkləməyə son qoydu və türk millətçiliyə yönəldi.

Millətçilərlə tərəfdaşlıq

2015-ci ilin dekabrında keçirilən ümumi seçkilərdən sonra Ərdoğanın AK Partiyası kürd tərəfdarı hərəkatın qarşısının alınmasına çağıran Türkiyənin Millətçi Hərəkatı Partiyası (MHP) ilə əlaqələri gücləndirib.

MHP partiyasının lideri Devlet Bahçeli və prezident Ərdoğan
MHP partiyasının lideri Devlet Bahçeli və prezident Ərdoğan

Türkiyə iqtisadiyyatı tənəzzülə uğradığı və ictimai narazılığın artdğını bir vaxt Ərdoğan mart ayında keçiriləcək seçkidə MHP-nin dəstəyinə arxalanır. Təhlilçi Yeşilada deyib ki, Ərdoğanın kürd tərəfdarlarına qarşı sərt ritorikasını davam etdirməkdən başqa çarəsi yoxdur.

HDP isə Ərdoğana seçkilərdə ağır bədəl ödətməyi planlaşdırır.

Partiyamız Türkiyənin qərbində yeddi böyük şəhərdə namizəd irəli sürmür. Bu isə o deməkdir ki, biz seçiciləri, yəni elektoratın təxminən 10 faizini səslərini ümumi müxalifətə səs versinlər, əsas müxalifət partiyasına deyil, sadəcə Ərdoğanın əleyhinə”, Kürkcü deyib.

HDP-nin bu gözlənilməz addımı həlledici ola bilər. Rəy sorğuları Türkiyənin böyük şəhərlərində müxalifətin öndə olduğunu göstərir.

XS
SM
MD
LG