Accessibility links

Ərdoğan Dəməşqə ultimatum verib


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Dəməşqə Suriyanın hökuməti qüvvələrini İdlib vilayətindəki müşahidə postlarından geri çəkmədiyi təqdirdə hərbi əməliyyatlar barədə ultimatum verib. Ərdoğan bu təhdidi bazar ertəsi Suriya əsgərləri tərəfindən Türkiyə əsgərlərinin öldürülməsindən sonra yaranan gərginliklər zamanı səsləndirilib.

"Rejimin qüvvələrini müşahidə postlarımızdan geri çəkməsi prosesini fevral ayında başa çatdıracağına ümid edirik" - deyə, Ərdoğan çərşənbə günü Ədalət və İnkişaf Partiyasının millət vəkillərinə bildirib. "Bu müddət ərzində rejim geri çəkilməsə, Türkiyə bu işi özü yerinə yetirməli olacaq" - deyə, əlavə edib.

Millət vəkilləri ayağa qalxaraq, “Ərdoğan, Ərdoğan” - deyə, aıqışlayıblar. Türkiyə prezidenti təhdidini Suriya hökumət qüvvələrinin bazar ertəsi həyata keçirdiyi zərbələrdən sonra edib. Ankara İdlib vilayətində 50-dən çox ərazini hədəf alan artilleriya və hava hücumlarında onlarla əsgərin öldüyünü iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG