Accessibility links

Ərdoğan ABŞ-ı Suriyada təhlükəsizlik zonasının yaradılmasının gecikdirilməsinə görə tənqid edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları Suriyada təhlükəsizlik zonasının yaradılmasının gecikdirilməsinə görə tənqid edərək deyib ki, Vaşinqton bu səylərə töhfə verməsə, Ankara bunu özü edəcək.

Ərdoğan və ABŞ prezidenti Donald Tramp Suriyada Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması məsələsini keçən ay telefon söhbəti zamanı müzakirə edib.

Birləşmiş Ştatların Suriyada kürd üsyançıları dəstəkləməsi Ankara ilə Vaşinqton arasında ixtilaf nöqtəsinə çevrilib.

​Türkiyə Suriya kürdlərinin hərbi dəstələrinin həmin ərazilərdən çıxmasını tələb edir. Ərdoğan buna nail olunması məqsədilə Vaşinqtondan logistika və maliyyə dəstəyi istəyir.

Türkiyə prezidenti deyib ki, ABŞ “regionun terrorçulardan təmizlənməsi” vədinə əməl etməsə və Türkiyənin nəzarətində təhlükəsizlik zonasının yaradılmasına töhfə verməsə, “biz öz işimizə özümüz baxacağıq”.

Arxiv fotosu - Türkiyə və ABŞ hərbi qüvvələri Mənbic şəhəri ətrafında əraziləri mühafizə edir, 1 noyabr, 2018.
Arxiv fotosu - Türkiyə və ABŞ hərbi qüvvələri Mənbic şəhəri ətrafında əraziləri mühafizə edir, 1 noyabr, 2018.

Erdoğan xəbərdarlıq edib ki, Ankaranın kürd döyüşçülərinin Suriyanın Mənbic şəhərindən çıxarılmasında ləngimə ilə bağlı səbri tükənir.

Bazar günü Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə rəsmi Ankaranın Suriya prezidenti Bəşar Əsədə qarşı döyüşən üsyançıları dəstəkləməsinə baxmayaraq, Dəməşq hökuməti ilə məhdud kontaktları davam etdirir.

Ərdoğan Əsədi terrorçu kimi təsvir edib və Suriyada müharibənin davam etdiyi səkkiz il ərzində dəfələrlə onun hakimiyyətdən getməli olduğunu deyib. Lakin Əsəd Rusiya və İranın dəstəyi ilə Suriyanın böyük hissəsinin nəzarətini üsyançılardan geri alaraq, onları əvvəlki istinadgahlarına qayıtmaq məcburiyyəti qarşısında qoyub.

XS
SM
MD
LG