Accessibility links

Ərdoğan türk əsilli almaniyalı ulduz futbolçu Özilin nikah mərasimində iştirak edib


Türk əsilli almaniyalı futbol ulduzu Məsut Özil və onun nişanlısı, Miss Türkiyə qalibi Əminə Gülşenin Bosfor sahilində lüks oteldə nikah mərasimi keçirilib.

Nikah mərasimindən yayılan fotolarda cütlüyün yanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun həyat yoldaşının dayanması mətbuatın və sosial media istifadəçilərinin diqqətini cəlb edib.

Arsenal klubunun 30 yaşlı yarımmüdafiəçisi hələ mart ayında elan etmişdi ki, nikah mərasimində Ərdoğan şahid qismində iştirak edəcək.

Keçən il Dünya Kubokundan öncə, Ərdoğanla şəkil çəkdirməsi Özilin ünvanına çox sayda tənqidlərin səslənməsinə səbəb olmuşdu. Daha sonra isə Özil Almaniya yığmasından çıxdığını elan edərək, yayılan şəkilə görə “irqçilik və hörmətsizliyə” məruz qaldığını bildirdi.

2017-ci ildən bəri görüşən Özil və Gülşe, keçən il nişanlanıblar.

Ərdoğan tez-rez tanınmış insanların nikah mərasimində iştirak edir. Budəfəki nikah mərasimi isə yaxınlaşan İstanbul bələdiyyə seçkiləri ərəfəsində keçirilir.

XS
SM
MD
LG