Accessibility links

Ərdoğan: Türkiyə ABŞ sanksiyalarına müqavimət göstərəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə ABŞ-ın Ankaraya qarşı xristian pastorun məhkəməsi ilə əlaqədar sanksiyalar tətbiq etmək səylərinə müqavimət göstərəcək. O, pastor Endrü Bransonu “terrorla əlaqələri” olmaqda ittiham edib.

Bransonun işi ilə bağlı ikinci məhkəmə dinləməsi oktyabdın 12-ə təyin edilib. İki ildir həbsdə saxlanılan pastorun məhkəməsi Ankara və Vaşinqton arasında əlaqələrin böhranlı məqama çatmasına səbəb olub. ABŞ Türkiyəyə qarşı sanksiyalar və Türkiyə lirəsinin avqust ayında kəskin dəyər itirməsi ilə nəticələnmiş tariflər tətbiq edib.

Pastor Endrü Branson ev dustağı kimi saxlanmaq üçün İzmirdəki evinə gətirilir, 25 iyul, 2018.
Pastor Endrü Branson ev dustağı kimi saxlanmaq üçün İzmirdəki evinə gətirilir, 25 iyul, 2018.

Branson kürd militantları və Ankaranın 2016-cı il dövlət çevrilişinə cəddə ittiham etdiyi Fətullah Gülən tərəfdarları ilə əlaqələri olmaqda ittiham edilib. O, ittihamları rədd edir, Vaşinqton isə pastorun dərhal azad edilməsini tələb edir.

NATO müttəfiqləri olan ABŞ və Türkiyə arasında münasibətlər Vaşinqtonun Suriyanın şimalında İslam Dövləti qrupuna qarşı mübarizədə kürd döyüşçülərinə dəstəyi ilə əlaqədar artıq gərgin idi. Bununla yanaşı, Türkiyənin Rusiyadan raket müdafiə sistemi alması və Vaşinqtonun ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edərək, Türkiyə bankının rəsmisini həbs etməsi də münasibətlərdə gərginliyin artmasına səbəb olub.

Ərdoğan deyib ki, Türkiyə hüquqi və diplomatik çərçivədə müqavimət göstərəcək. O həmçinin Vaşinqtona qarşı 20 ildən artıqdır Birləşmiş Ştatlarda yaşayan Fətullah Güləni müdafiə etməklə bağlı ittihamlarını təkrar edib.

XS
SM
MD
LG