Accessibility links

Ərdoğan: Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsi üzərində səsvermə keçirəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı deyib ki, qanunvericilər yanvar ayının əvvəlində Tripolidə BMT-nin dəstəklədiyi hökümətə dəstək məqsədilə Liviyaya qoşun göndərilməsinə icazə verəcək qanun layihəsi üzərində səsvermə keçirəcək.

Ərdoğan bildirib ki, parlament səsverməni tətildən qayıdandan sonra yanvarın 8-də və ya 9-da keçirəcək. Onun partiyası parlamentdə çoxluq təşkil edir və bu səbəbdən də qanun layhiəsinin təsdiq olunma ehtimalı çox yüksəkdir. Lakin əsas müxalifət partiyası Türkiyənin Liviyaya hərbi müdaxiləsinə etiraz edir.

Ərdoğanın sözlərinə görə, Liviyaya qoşun göndərmək istəməyinə səbəb Liviyanın baş naziri Faiz Sərracın yardım çağırışı olub. İki lider ötən ay İstanbulda təhlükəsizlik sazişi imzalayıb.

Sərracın Milli Birlik Höküməti Tripolinin nəzarətini ələ keçirmək istəyən şərqi Liviyanın de fakto lideri general Xəlifə Hifterin başçılığı ilə aparılan hücuma qarşı mübarizə aparır.

Milli Birlik Höküməti və Liviyanın şərqindəki rəqib hökümət müxtəlif yarı-hərbi dəstələr və xarici hökümətlər tərəfindən dəstəklənir. Ölkədə Müəmmar Qəddafinin 2011-ci ildə hakimiyyətdən devrilərək, öldürülməsindən bəri qeyri-sabitlik yaşanır.

XS
SM
MD
LG