Accessibility links

Ərdoğan: Türkiyəyə 250,000 suriyalı qaçqın üz tutub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 2-də etdiyi çıxışında Suriyanın şimal-qərb bölgəsi olan İdlibdən Türkiyəyə doğru 250 minə yaxın miqrantın üz tutduğunu söyləyib. O, əlavə edib ki, Ankara onların sərhədi keçməsinin qarşısını almağa çalışacaq.

Türkiyə 3.7 milyon suriyalı qaçqına ev sahibliyi edir ki, bu rəqəm dünyanın ən böyük qaçqın əhalisi sayılır.

Türkiyə Rusiya və Suriya hökumət qüvvələrinin keçən ay bölgədəki hədəfləri bombardman etməsindən sonra üsyançıların ələ keçirdikləri ərazinin son zolağı İdlibdə yaşayan 3 milyon suriyalılardan yeni qaçqın dalğasının olacağından narahatdır.

"Hal-hazırda 200,000-250,000 miqrant sərhədlərimizə doğru irəliləyir. Bəzi tədbirlərlə bunların qarşısını almağa çalışırıq, amma bu asan deyil," Ərdoğan Ankaradakı konfransda çıxışı zamanı deyib.

Keçən həftə Birləşmiş Millətlər Təşkilatı cəmi iki həftə ərzində, 12-25 dekabr tarixləri arasında 235,000 mülki şəxsin evlərini tərk etdiyini bildirib.

2019-cu ilin aprel ayında Rusiyanın himayədarlığı ilə başlayan əməliyyatlar azı yarım milyon adamı rus təyyarələrinin nadir hallarda vurduğu Türkiyə ilə sərhədə yaxın ərazilərə köçməyə vadar edib.

Şərhlərə bax

XS
SM
MD
LG