Accessibility links

Ərdoğan: Türkiyəyə hücum edənlər tabutda geri göndəriləcək


Ərdoğan: Türkiyəyə hücum edənlər tabutda geri göndəriləcək
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Yeni Zelandiyada iki məsciddə 50 nəfərin ölümü ilə nəticələnən kütləvi atışmanı Türkiyəyə qarşı genişmiqyaslı hücum kimi qiymətləndirib və İstanbula hücum etməyi cəhd edənləri “tabutda” geri göndərməklə hədələyib.

Onlar bizə 16, 500 kilometr uzaqdan, Yeni Zelandiyadan verdikləri mesajlarla meydan oxuyurlar.
Rəcəb Tayyib Ərdoğan

Martın 31-də keçiriləcək yerli seçkilərdə AK partiyasına dəstək toplamağa çalışan Ərdoğan Yeni Zelandiya hücumunu qlobal anti-müsəlman ab-havanın sübutu kimi qiymətləndirib.

“Onlar bizə 16,500 kilometr uzaqdan, Yeni Zelandiyadan verdikləri mesajlarla meydan oxuyurlar”, Ərdoğan söyləyib.

28 yaşlı avstraliyalı ağdərili Brenton Tarrant şənbə günü Kraystçörç şəhərində iki məsciddə 50 nəfəri öldürəndən sonra qətldə ittiham olunub.

Ərdoğan həftə sonu keçirilən yürüşlərdə silahlı şəxsin Facebook-da yaydığı hücum anının videolarını paylaşıb və bu, Yeni Zelandiyanın xarici işlər nazirinin qınaqlarına səbəb olub. O, bu videoların xaricdəki Yeni zelandiyalıları təhlükəyə ata biləcəyini söyləyib.

Ərdoğan həmçinin hücumçunun internetdə yaydığı, daha sonra isə qaldırılan “manifesto”-sundan parçaları nümayiş etdirib.

O deyib ki, silahlı şəxs Türkiyəyə və şəxsən prezidentə qarşı hədələr səsləndirib və türkləri Türkiyənin şimal-qərbindən, yəni Avropa hissəsindən çıxarmaq istədiyini söyləyib. Müsəlmanların çoxluq təşkil etdiyi Türkiyənin ən böyük şəhəri İstanbul Avropa ilə Asiya arasında bölünüb.

"Min ildir burdayıq, inşallah qiyamətə qədər də burada olacağıq" - deyə, 1915-ci ildə baş verən Çanaqqala müharibəsinə həsr olunan mitinqdə bildirib.

Babalarınız gəlib, burada olduğumuzu gördülər. Sonra da bəziləri piyada, bəziləri də tabutda geri döndü. Əgər eyni niyyətlə gələcəksəniz, sizi də gözləyirik. Sizi də babalarınız kimi yola salacağımızdan şübhəniz olmasın.
Rəcəb Tayyib Ərdoğan

"İstanbulu Konstantinopol edə bilməyəksiniz", o əlavə edib.

"Babalarınız gəlib, burada olduğumuzu gördülər. Sonra da bəziləri piyada, bəziləri də tabutda geri döndü. Əgər eyni niyyətlə gələcəksəniz, sizi də gözləyirik. Sizi də babalarınız kimi yola salacağımızdan şübhəniz olmasın", Ərdoğan deyib.

Ərdoğan ötən il yenidən prezident seçilib və artıq yeni səlahiyyətlərə sahibdir, lakin 2002-ci ildən bəri hakimiyyətdə olan onun AK partiyası iqtisadiyyatın tənəzzülə uğradığı bir vaxt səs toplamağa çalışır.

O, yerli seçkiləri kürd militantlardan gələn təhlükə və müsəlmanlara qarşı hücumlar fonunda “sağ qalmaq məsələsi” adlandırıb.

Kraystçörşdə hücum zamanı xəsarət alan Türkiyə vətəndaşlarını ziyarət edən Mövlud Çavuşoğlu deyib ki, dünya boyu müsəlmanlar islamofobiya və irqçilikdən narahatdır.

Türkiyə təhlükəsizlik xidmətinin yüksək səviyyəli rəsmisi deyib ki, Tarrant 2016-cı ildə iki dəfə Türkiyəyə daxil olub: bir dəfə bir həftəlik mart ayında, bir başqa dəfə isə bir aylıq sentyabr ayında.

XS
SM
MD
LG