Accessibility links

“Biz təzyiqə boyun əyməyəcəyik!"


Ərdoğan Trampın sanksiya hədəsinə cavab verib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarının Ankaraya sanksiya hədəsinə cavab verib. Donald Tramp demişdi ki, Türkiyə iki ildir həbsdə olan amerikalı keşiş Endrü Bransonu azad etməsə, sanksiya ilə üzləşə bilər.

“Biz təzyiqə boyun əyməyəcəyik, Amerika isə vacib və vicdanlı tərəfdaşını itirmək riskinə gedir”, Ərdoğan Cənubi Afrika Respublikasına səfəri zamanı jurnalistlərə deyib.

O, “The Washington Post” qəzetinin yazdığını da təsdiqləyib. Qəzet yazmışdı ki, Donald Tramp onun xahişilə terrorçuluqda şübhəli bilinərək saxlanmış türkiyəlini buraxmağı İsraildən istəyib. Amma Ərdoğan bunun əvəzində Bransonu buraxacağını vəd etmədiyini deyib.

Vaşinqtonda düşünürdülər ki, tərəflər NATO-nun Brüssel sammitində belə bir razılıq əldə ediblər. Trampın İsrailin baş naziri Benyamin Netanyahudan xahişindən sonra 27 yaşlı Ebdu Ozkan azad olunaraq İsraildən çıxarılıb. O, Həmas qruplaşması ilə əməkdaşlıqda ittiham olunurdu. Ancaq Bransonun məhkəməsi sona çatdırılmayıb.

Endrü Branson terror və casusluq ittihamı ilə təxminən iki il həbsxanada olduqdan sonra ev dustaqlığına köçürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG