Accessibility links

Ərdoğan Trampla Halkbankı müzakirə etdiyini deyib


Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, o, prezident Donald Trampa Türkiyənin Halkbankını müzakirə edib. Halkbank rəhbəri İrana ABŞ sanksiyalarından yayınmağa yardım etməkdə ittiham olunandan sonra ABŞ-ın mümkün cərimələri ilə üzləşir.

Ərdoğan məsələ ilə bağlı çox az detal paylaşıb, lakin onun bu sözləri Vaşinqtonla Ankaranın bu il pisləşən münasibələti bərpa etməyə çalışdığına dair işarələrin olduğunu bir vaxta təsadüf edib.

Halkbank
Halkbank

Türkiyə dövlətinə məxsus Halkbank iki NATO müttəfiqi arasında fikir ayrılıqlarına səbəb olan əsas məsələlərdən biridir. Onlar həmçinin Suriya siyasəti və Türkiyənin Rusiyaya aid raket müdafiə sistemini alması ilə bağlı fikir ayrılıqları yaşayır.

May ayında ABŞ məhkəməsi Tehrana ABŞ sanksiyalarından yayınmağa yardım etdiyinə görə, Halkbankın rəhbərini həbs edib. ABŞ Maliyyə Nazirliyi həmçinin banka qarşı cərimə tətbiq etməyi nəzərdən keçirir.

Halkbank yanlış hərəkət etdiyini inkar edib, Ərdoğan isə məhkəmə işini onun hökümətinə qarşı siyasi hücum adlandırıb. Xəzinə və maliyyə naziri Berat Albayrak sentyabr ayında Reuters-ə bildirib ki, o, bankın cərimə ilə üzləşəcəyini gözləmir.

Məsələ ilə bağlı danışıqlar aparılır. Prosesin başlamış olması çox mühümdür
Rəcəb Tayyip Ərdoğan

Türkiyə prezidenti deyib ki, o, cümə günü telefon danışığı zamanı Trampla Halkbank məsələsini müzakirə edib və ABŞ prezidenti ona “müvafiq nazirlərə dərhal göstəriş”verəcəyini deyib. Lakin Ərdoğan Trampın nəyi vəd etdiyini dəqiq bildirməyib. O deyib ki, ABŞ rəsmiləri növbəti günü Türkiyənin maliyyə nazirinə zəng edib.

“Məsələ ilə bağlı danışıqlar aparılır. Prosesin başlamış olması çox mühümdür” – deyə, Ərdoğan İstanbulda mətbuat konfransı zamanı bildirib.

Ötən ay Türkiyə məhkəməsi terror ittihamları səbəbilə iki ildir həbsdə və ev dustaqlığında saxlanan amerikalı yevangelist rahibi azadlığa buraxıb.

Həftələrlə davam edən ləngitmələrdən sonra cümə axşamı iki ölkə qarşıdurmanın qarşısını almaq məqsədilə Suriyanın şimalında Mənbic şəhəri yaxınlığında birgə patrul başladıb. ABŞ qoşunları Suriyanın şimalında kürd YPG qoşunlarını dəstəkləyir, Türkiyə isə cənub sərhədini YPG-dən təmizləməyi vəd edib.

Ərdoğan deyib ki, o, gələn həftə Fransada Trampla görüşəcək. İki liderin orada Birinci Dünya Müharibəsinin başa çatması münasibətilə təşkil olunacaq mərasimlərdə iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG