Accessibility links

Ərdoğan və Makron Suriya ilə Liviyada birlikdə irəliləyişə nail olmaq istəyir


Uzun müddətdir ki, Türkiyə ilə Fransa arasında yaşanan gərginlikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron NATO-nun qərargahında bir araya gəlib.

Yelisey mənbələrindən əldə edilən məlumata görə, görüş "məhsuldar" keçib.

Görüşün gözlənildiyindən daha uzun çəkdiyini vurğulayan fransalı diplomatlar hər iki dövlət başçısının bütün məsələləri dərindən müzakirə etmək üçün imkan əldə etdiklərini bildirib.

Makron Twitter hesabında "Prezident Ərdoğanla zirvə öncəsi hörmət, açıqlıq və hazırlıqla birlikdə irəliləmək üçün uzun görüş keçirdik" yazıb.

Fransa və Türkiyənin fərqli mövqelərdə olduğu Suriya və Liviya məsələlərində "iki liderin birlikdə inkişafa nail olmaq istədiklərini dilə gətirdikləri" açıqlanıb.

Fransız mənbələrə görə, Makron NATO-da müttəfiqlərarası münasibətlər mövzusunu gündəmə gətirib. Türkiyənin Suriyadakı əməliyyatından sonra Makronun bu mövzuda fikirlərini Prezident Ərdoğana çatdırıb. O, NATO müttəfiqlərinin maraqları və təhlükəsizliyi ilə əlaqəli addımlar atmadan əvvəl NATO daxilindəki prinsipləri və qaydaları aydınlaşdırmaq, müttəfiqləri məlumatlandırmaq və fikir mübadiləsi aparmaq kimi prinsipləri vurğulayıb.

Strateji məsələlərdə NATO ilə yanaşı, Avropa İttifaqı ilə də dialoq qurmaq istəyən Makron "daha çox dialoq və fikir mübadiləsi" aparılmalı olduğunu qeyd edib.

Fransa Prezidenti Makron Məhəmməd peyğəmbərin karikaturaları ilə əlaqədar olaraq Türkiyə ilə Fransa arasında gərginlik məsələsini də gündəmə gətirib. O, Fransanın İslama və müsəlmanlara hörmət etdiyini və Fransada dünyəviliyin bütün dinlərə hörmət edilməsi üçün əhəmiyyətli bir imkan olduğunu bildirib.

XS
SM
MD
LG