Accessibility links

Ərdoğan Vaşinqtonu Venesuela mövqeyinə görə tənqid edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu imperialimzdə ittiham edərək, Venesuela prezidentinin hakimiyyətdən devirmək səylərini tənqid edib.

Ərdoğanın dedikləri ABŞ-ın onun Maduronu dəstəkləmək səylərindən əl çəkməsi çağırışlarından sonraya təsadüf edir.

Biz güclü olanın doğru olduğu bir dünyanı qəbul edə bilmərik


"Venesuela sizin ələtinizdirmi? Prezident hakimiyyətə seçkilər yolu ilə gəlib. Sizin başqasını təyin etməyə haqqınızmı var? Hanı demokratiya? Bunu necə qəbul etmək olar?" - deyə, Türkiyənin dövlət başçısı sual edib.

"Biz güclü olanın doğru olduğu bir dünyanı qəbul edə bilmərik. Biz belə bir imperialist mövqenin əleyhinəyik" , Ərdoğan sürəkli alqışlandığı tərəfdarları qarşısında etdiyi çıxışı zamanı bildirib.

Ankara Venesuelanı yalnız sözdə dəstəkləmir. Türkiyə Venesuela qızılını idxal edən əsas ölkələrdən biridir.

Karakas ötən il Türkiyəyə 900 milyon dəyərində qızıl ixrac edib. Bu ticarət Maduronun beynəlxalq sanksiyalar şəraitində əsas gəlir mənbəyidir.

Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Xuan Quaydo yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ, Kanada, Braziliya və bir çox Latın Amerikası ölkəsi onu müvəqqəti prezident kimi tanıyıb.

Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.

Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG